Ukraynalı ekspertlər təkcə Donbasın deyil, digər regionlardakı ərazilərin də itirilməsi riskinin mövcudluğu barədə danışmamağa çalışırlar.
Bizim.Media xəbər verir ki, bu barədə Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, bu cür fikirlər dövlətə xəyanət ittihamlarına səbəb ola bilər.
"Rusiya qoşunları eyni vaxtda Sumı, Zaporojye və Dnepropetrovsk vilayətlərində hücum edir. Ukrayna hər gün nəinki Donbası itirmək riski ilə üzləşir, həm də bir neçə digər regionda ərazilərin itirilməsi real təhlükəsi ilə qarşı-qarşıyadır", — deyə Mendel yazıb.
Bizim.Media