Fransa Prezidenti Emmanuel Makron dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin ona "nifrət etdiyini" həqiqətən düşünürsə, özünü təhlil etməklə (psixoloji özünütəhlil) məşğul olmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen "X" sosial şəbəkəsində bildirib.
"Bütün böyük dövlətlər sənə nifrət edirsə, bəlkə də intihar xarakterli təkəbbürünü özünü təhlil etmək qabiliyyəti ilə əvəzləməyin vaxtı çatıb", — deyə ekspert vurğulayıb.
Professor bu şəkildə Makronun ABŞ, Rusiya və Çinin guya Avropaya qarşı olması barədə çıxışına reaksiya verib.
Bizim.Media