Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakıda şəhərsalma istiqamətində həyata keçirilən yeni layihələr paytaxtın həm iqtisadi, həm də estetik inkişafına ciddi təsir göstərir. Xüsusilə şəhərin prestijli ərazilərindən sayılan Nizami küçəsinin genişləndirilməsi və yeni uzantısının yaradılması bu baxımdan diqqət çəkir.

Bu dəyişikliklər yalnız şəhərin görünüşünü yeniləmir, eyni zamanda daşınmaz əmlak bazarında da canlanma yaradır.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc “demokrat.az”a bildirib ki, Nizami küçəsinin hazırda uzantısının yaranması və genişlənməsi həmin prestij sahəsinin artmasına səbəb olur:

"Bu da ilk növbədə birinci mərtəbədə olan qeyri-yaşayış sahələrinin qiymətinə çox ciddi təsir göstərəcək və piyada keçidləri, ticarət üçün əlverişli zonalar artacaq. Bu, əslində “Bakı Şəhərinin Baş Planı 2040”a əsasən şəhərin böyüməsi istiqamətində atılmış, kiçik olsa da əhəmiyyəti böyük olan ciddi şəhərsalma layihəsidir.

Bu prosesdən əsasən qeyd olunan ərazidə yerləşən qeyri-yaşayış sahələri, ticarət mərkəzləri və ticarət obyektləri faydalanacaq. İkinci olaraq, həmin ərazidə yerləşən mənzillərdə də qiymət artımı yaşanacaq".

Ekspert deyib ki, bu ərazi köhnə “Tarqovı” zonasında olan komfortun tərkib hissəsi kimi çıxış edəcək:

"Daha böyük bir areal və məsafə yaranacaq ki, burada ev almaq və obyekt sahibi olmaq prestij hesab olunacaq. Artım isə təqribən hər belə layihədən sonra ərazidə 30 faizə qədər baş verir. İlk mərhələdə maksimum 15 faiz artım baş verəcək. Sonradan isə bu istiqamətdə daha ciddi oturuşma yaranacaq.

Bu oturuşma qeyri-yaşayış sahələrinin gəlirliliyinin artmasına, obyektlərin qiymətlərinin yüksəlməsinə və sonda həmin obyektlərə olan tələbatın, həmçinin binalarda yerləşən mənzillərin qiymətinin artmasına səbəb olacaq. Ərazinin bahalaşması, aktivləşməsi və dinamikləşməsi baş verəcək.

Bu, çox müsbət layihədir və düşünürəm ki, sözügedən ərazidə piyada axınının artması bu layihənin kommersiya dəyərinin ikiqat yüksəlməsinə səbəb ola bilər. Nəticədə müasir standartlara uyğun şəkildə həmin ərazi üzrə layihələr davam edərsə və mənzərəyə uyğun olmayan köhnə evlər zaman keçdikcə söküntüyə məruz qalarsa şəhərin mənzərəsi daha da gözəlləşəcək",- deyə o qeyd edib.

Qeyd edək ki, İslam Səfərli küçəsi tamamilə piyadaların istifadəsinə verilib.

Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılaraq Qış bulvarı ilə eyni səviyyəli piyada keçidi yaradılıb və beləliklə, iki mühüm ictimai məkan birləşdirilib.

Yenilənən küçədə sıx ağaclar əkilərək "yaşıl tunel" effekti formalaşdırılıb, yeni infrastruktur elementləri quraşdırılıb və tarixi binaların, o cümlədən "Fantaziya hamamı"nın ətrafı abadlaşdırılıb.

Layihə çərçivəsində ətraf kəsişmələrdə "ortaq küçə" prinsipi tətbiq edilərək piyadaların təhlükəsiz və rahat hərəkəti üçün bütün şərait təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı - VİDEO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı - VİDEO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

End of content

No more pages to load

RADİO