Çatdırılma xidmətindən istifadə edən şəxs göndərdiyi mobil telefonun oğurlandığını iddia edir.
Bizim.Media xəbər verir ki, "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən paytaxt sakini Zaur Mövlayev iddia edir ki, tanışı onun mağazasından kreditlə mobil telefon sifariş edib.
Onun dediyinə görə, telefon çatdırılma xidməti vasitəsilə göndərilib. Mobil tətbiqdə “çatdırıldı” yazılsa da, məhsul sahibinə verilməyib. Sürücü ilə əlaqə saxlanılsa da, o, cavab verməyib.
Zərərçəkmiş deyir ki, çatdırılma xidməti ilə əlaqə saxlasa da, bildirilib ki, oğurlanan, itən əşyalara görə məsuliyyət daşımırlar.
Məsələ ilə bağlı "Bolt" şirkətinə sorğu ünvanladıq. Suallarımızla tanış olsalar da, cavab verilmədi.
Şikayətçi Zaur Mövlayev isə qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət verəcək.
Bizim.Media