Somali sahillərində neft tankeri ələ keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə aprelin 25-də Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Hadisə Mareyo şəhərindən 45 mil (87 km) şimal-şərqdə baş verib. Naməlum şəxslər gəmini nəzarətə götürərək cənub istiqamətinə yönəldiblər.
Naməlum şəxslər tankeri ələ keçirib və gəmini Somali ərazi sularında 77 dəniz mili (143 km) cənuba doğru hərəkət etdiriblər", - məlumatda qeyd edilib.
Bizim.Media