Prezident və xanımına Zəngilan şəhərinin Baş planı təqdim olundu - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevaya mayın 26-da Zəngilan şəhərinin Baş planı təqdim olunub.

Bizim.Media xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev məlumat verdi ki, Baş plan Komitənin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb.

Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək.

Belə ki, Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər yaradılacaq əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaq.

Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, Baş planının konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir.

Gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin formalaşmasına imkan yaradacaq.

Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “sa_partners” şirkətinin nümayəndələri ilə söhbət etdilər.

Prezident İlham Əliyev dedi: Salam. Siz görməyimə şadam. Təbrik edirəm. Bilirsiniz ki, çoxlu ideyalar, təkliflər olur. Lakin yekdil qərarla sizin konsepsiya ən yaxşı kimi qəbul olundu. Mən belə hesab edirəm ki, o, təbiətə yaxşı inteqrasiya edilib.

Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır.

Şirkətin nümayəndəsi: Əvvəla, təşəkkürümüzü bildirməliyəm. Biz çox şadıq ki, burada - Azərbaycanın çox gözəl guşəsindəyik. Bura ən yaxşı yerlərdən biridir. Biz buraya öz töhfəmizi verdiyimizə görə fərəhlənirik. Hesab edirəm ki, eyni konsepsiya ölkənizin digər əraziləri üçün örnək olmalıdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Oxçuçayın mənzərəsini seyr etdilər.

15.10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevaya mayın 26-da Zəngilan şəhərinin Baş planı təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Prezident və xanımı Füzuli və Cəbrayıla səfər etdi


Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Odessada növbəti gəmi zədələndi - VİDEO

Odessada növbəti gəmi zədələndi - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Mənzil bazarında bahalaşma gözlənilir?

Mənzil bazarında bahalaşma gözlənilir?

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

End of content

No more pages to load

RADİO