"Şamaxı" növbəti legioner transferini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı Filipe Markeslə güclənib. 28 yaşlı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.
Markesin son klubu vətənində “Amora” olub. Monakoda dünyaya gələn futbolçu “Benfika”nın yetirməsidir. “Braqa”, “Rayo Valyekano”, “Fuenlabada”, “Oliveyrense” klublarında da oynamış portuqal artıq Azərbyacanda özünü göstərməlidir.
Rəşad Rafiqoğlu, Bizim.Media