Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın "kölgə donanması"na məxsus Avero tankerinin Qara dənizdə vurulduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, SBU-nun yaydığı məlumata görə, sözügedən tanker Rusiyadan Çinə və Hindistana neft daşınmasında istifadə olunurdu.
Qurum hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb. Rusiya tərəfi isə hələlik bu iddialara münasibət bildirməyib.
Bizim.Media