Mənzil bazarında bahalaşma gözlənilir?

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb. Palatanın məlumatına görə, 2026-cı ilin aprel ayında paytaxtın daşınmaz əmlak bazarının indeksi 101.8 səviyyəsinə yüksəlib və bu, 2025-ci ilin dekabr ayı ilə müqayisədə 1.8 faiz artımın qeydə alındığını göstərir. Müşahidə olunan dinamika bazarın sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit, selektiv və fundamental göstəricilərə əsaslanan balanslı inkişaf fazasına keçdiyini təsdiqləyir.

Bəs, ilin sonuna qədər mənzil bazarında qiymət sabitliyi davam edə bilərmi? Qiymətlərin sabitləşməsi əmlak bazarına necə təsir göstərəcək?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Artım tempi əvvəlki pik dövrlə müqayisədə nisbətən zəifləyib"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, daşınmaz əmlak bazarı indekslərlə tənzimlənmir. Bazara təsir edən əsas amillər investor davranışı və makroiqtisadi göstəricilərdir:

"Ona görə də hazırkı vəziyyəti tam sabitləşmə kimi təqdim etmək doğru deyil. Hazırda qiymət artımı xüsusilə iri infrastruktur layihələrinin icra olunduğu ərazilərdə müşahidə olunur. Köhnə və qəzalı binaların sökülməsi, yeni yaşayış komplekslərinin tikilməsi, abadlıq işləri, park və sosial infrastrukturun yaradılması həmin zonalarda qiymətləri ciddi şəkildə artırır. Məsələn, köhnə bina sökülərək yerində yeni bina inşa olunursa, həmin ərazidə mənzil qiymətləri avtomatik olaraq 40-50 faizə qədər yüksəlir. Çünki investor bazara əvvəlki qiymətlə deyil, kvadratmetri 3 700-3 800 manat civarında olan yeni məhsul çıxarır. Belə layihələr davam etdiyi halda bazarda tam sabitlikdən danışmaq çətindir. Hazırda sadəcə artım tempi əvvəlki pik dövrlə müqayisədə nisbətən zəifləyib. Amma qiymətlər yenə artır. Ötən ilin dekabrı ilə müqayisədə bəzi ərazilərdə artım 5-5.5 faizə çatıb".

Sement, armatur, logistika xərcləri, inflyasiya...

Mütəxəssis bildirir ki, daşınmaz əmlak bazarında əsas amillərdən biri torpaq faktorudur. Yeni tikililərin sayı artdıqca şəhərdə boş torpaq ehtiyatı azalır və bu da qiymətlərə birbaşa təzyiq göstərir:

"Xüsusilə mərkəzə yaxın ərazilərdə torpaq qiymətləri çox sürətlə artır. Bəzi hallarda torpaq bazarında illik artımın 20 faizə çatacağı gözlənilir. Yeni infrastruktur layihələri, tramvay xətlərinin çəkilməsi, yaşayış komplekslərinin inşası aparılan ərazilərdə bu artım daha kəskin hiss olunur. Məsələn, Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətində yerləşən zonalarda torpaq qiymətləri çox sürətlə bahalaşır. Digər tərəfdən, tikintinin maya dəyəri də artır. Sement, armatur, logistika xərcləri, inflyasiya və əməkhaqlarındakı yüksəliş tikinti sektoruna ciddi təsir göstərir. Şəhərsalma və ekoloji tələblərin sərtləşməsi, yaşıl iqtisadiyyat və dayanıqlılıq prinsiplərinin tətbiqi də əlavə xərclər yaradır. Bütün bunlar satış qiymətlərinə təsir edir. Urbanizasiya prosesi də davam edir. Regionlardan paytaxta axın olduqca mənzilə tələb artır. Bütün bu makroiqtisadi faktorlar fonunda bazarda tam sabitləşmədən və ya qiymətlərin sabitləşməsindən danışmaq real görünmür".

"Bazarda əsas dəyişiklik artımın xarakterindədir"

V.Oruc bildirir ki, 2023-2024-cü illərdə müşahidə olunan pik artım tempi bu il olmayacaq:


"2025-ci ildən başlayaraq qiymət artımında müəyyən zəifləmə müşahidə olunur və 2026-cı ildə də bu tendensiya davam edə bilər. Amma bu, bazarın sabitləşməsi demək deyil: "Beynəlxalq fondlar və təşkilatlar ilin əvvəlində açıqladıqları proqnozlarda köhnə mənzil fondunun birrəqəmli, yeni tikili seqmentinin isə ikirəqəmli artım göstərə biləcəyini qeyd ediblər. Hazırda bazarda əsas dəyişiklik artımın xarakterindədir. Artım artıq bütün şəhər üzrə eyni templə deyil, daha çox selektiv şəkildə baş verir. Məsələn, böyük urbanizasiya və abadlıq layihələrinin həyata keçirildiyi zonalarda daşınmaz əmlakın dəyəri ciddi şəkildə artır. Premium seqmentdə tikinti xərclərinin yüksək olması səbəbindən qiymət artımı daha sürətlidir. Orta seqmentdə isə artım əsasən ipoteka tələbi hesabına formalaşır və burada illik 7-10 faiz civarında yüksəliş mümkündür".

"Qiymətlərin sabitləşməsi anlayışına ümumi yanaşmaq doğru deyil"

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov deyir ki, sektorda qiymətlərin sabitləşməsi anlayışına ümumi yanaşmaq doğru deyil. Çünki bazar çox geniş seqmentləri əhatə edir:

"Buraya mənzillər, fərdi evlər, ticarət obyektləri, müxtəlif təyinatlı torpaq sahələri, istehsalat və ofis sahələri, eləcə də hotellər, klinikalar və iri çoxfunksiyalı əmlak kompleksləri daxildir. Bundan əlavə, regionlar və lokasiyalar üzrə bazar davranışı da fərqlənir. Ona görə də bütün daşınmaz əmlak bazarı üzrə vahid "sabitləşmə"dən danışmaq düzgün yanaşma hesab oluna bilməz".

Ekspert bildirir ki, pandemiyadan sonra bütün dünyada olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak bazarında kəskin bahalaşma başladı:

"Pandemiya dövründə gözləmə mövqeyində qalan alıcıların bazara qayıtması qısa müddətdə ciddi tələb yaratdı və bu da qiymət artımını sürətləndirdi. Azərbaycanda qiymətlərə əlavə təsir göstərən əsas amillərdən biri işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işlərinin başlaması oldu. Bunun fonunda bəzi strateji tikinti materiallarının qiyməti kəskin yüksəldi. Məsələn, bir ton armaturun qiyməti 780 manatdan 1 200-1 250 manata qədər artdı. Sement və beton məhsullarında da 15-25 faiz bahalaşma müşahidə olundu. 2021-2022-ci illərdə digər tikinti materiallarında da ciddi qiymət artımı qeydə alındı. Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi təsirlər region ölkələrində, o cümlədən Azərbaycanda tikinti xərclərini daha da artırdı. Nəticədə tikinti şirkətləri artan maya dəyəri ilə üzləşdi və bu xərclər birbaşa satış qiymətlərinə transfer olundu".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

End of content

No more pages to load

RADİO