İraqda Bağdad–Kərkük magistralında cücələrlə dolu yük maşınından yükün yola tökülməsi nəticəsində hərəkət müvəqqəti olaraq dayanıb.
Bizim.Media xəbər verir ki, yerli KİV-in məlumatına görə, yük maşınından düşən cücələr yolun hərəkət hissəsinə yayılaraq nəqliyyatın hərəkətini tamamilə iflic edib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Cücələr yoldan kənarlaşdırıldıqdan sonra magistralda avtomobillərin hərəkəti tədricən bərpa edilib.
Bizim.Media