Göyçə gölündə yerləşən və "Qağayılar adası" kimi tanınan ərazi diqqət mərkəzinə çevrilib.
Bizim.Media xəbər verir ki, ada minlərlə qağayının yuvaladığı məkan hesab olunur.
Xüsusilə yay aylarında burada yüzlərlə quşun toplaşması həm turistlərin, həm də təbiət həvəskarlarının marağına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, bu ərazi gölün ekosisteminin mühüm hissəsidir və burada yaşayan quşların qorunması xüsusi əhəmiyyət daşıyır.
Bizim.Media