Zəngilanda İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu - YENİLƏNİB - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, mərasimdə məlumat verilib ki, Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır.

Layihə hazırlanarkən dayanıqlılığın müxtəlif aspektləri həm landşaft, həm də bina dizaynı üçün nəzərə alınıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəflənib.

Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq.

Dövlətimizin başçısı və birinci xanım İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.
İşğal Muzeyi düşmənin işğalı zamanı şəhərin və bölgənin məruz qaldığı vandallığın əyani surətdə nümayiş etdirilməsi məqsədi daşıyır.


Zəngilan şəhərinin müəyyən hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş etdirilməsi nəzərdə tutulur. İşğal Muzeyində ətraf mühitə vurulan ekoloji zərərlər, xüsusilə Zəngilan şəhərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaq məqsədilə törədilən ekoloji terror aktları barədə məlumatlar diqqətə çatdırılacaq.

Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzey binasının şüşədən hazırlanacaq fasadının üzərindəki təsvirlər və naxışlar çinar yarpağına bənzəyəcək ki, bu da Zəngilan şəhərinin təbiətlə sıx əlaqəsini tərənnüm edəcək.

Zəngilan Zəfər Muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaq. Zəfər Muzeyinin binasının çinar meşəsini xatırladacaq fasadı dünyada sahəsinə görə ikinci ən böyük təbii çinar meşəsi olan Zəngilan meşələrinə həsr olunacaq.

Muzeyin foyesi vizual texnologiyalar vasitəsilə Zəfərə həsr olunan məlumatları nümayiş etdirmək üçün sərgi məkanı kimi istifadə olunacaq. Həmçinin muzeydə 80 tamaşaçı yeri olan 4D kinoteatr da yaradılacaq. Bu muzeyin inşasında əsas məqsədlərdən biri də məhz gələcəkdə burada “Zangilan Earth Film Festival”ın təşkil olunması və Zəngilanda törədilmiş ekoloji terroru beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər Muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olunduğu beton hasar formasında “Memorial lövhə” yaradılacaq.

Hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Zəngilanla bağlı tarixi faktların yaradıcı üsulla dağıntılar üzərində əks etdirilməsi üçün xüsusi layihə həyata keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən cəlb olunacaq rəssamlar dağıntılar üzərində fərqli divar rəsmləri (“Street art”) yaradacaqlar. Beləliklə, 10 min 500 kvadratmetr sahəni əhatə edən dağıntılardan ibarət Memorial Park boyunca açıq səma altında sərgi təşkil olunacaq.

15.09

Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Prezident və xanımı Füzuli və Cəbrayıla səfər etdi


Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Bizim.Media





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Odessada növbəti gəmi zədələndi - VİDEO

Odessada növbəti gəmi zədələndi - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Mənzil bazarında bahalaşma gözlənilir?

Mənzil bazarında bahalaşma gözlənilir?

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

End of content

No more pages to load

RADİO