Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyuldu - YENİLƏNİB - FOTO/VİDEO

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda da səfərdə olublar.

Bizim.Media xəbər verir ki, dövlət başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəmir yolu və stansiya barədə məlumat verilib.

Bildirilib ki, təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır.

Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir.

Prezident İlham Əliyev Soltanlı stansiyasının təməlini qoyub.

Bildirilib ki, stansiyada sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar yaradılacaq.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.

12.58

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Prezidentin Mətbuat Xidməti yayıb.

Bizim.Media

 














 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

Rusiyanın Çinə və Hindistana neft daşıyan tankeri vuruldu - VİDEO

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

FIFA dünya çempionatının finalını təxirə salmayacaq

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Ermənistandan İspaniyaya göndərilən əriklər yolda xarab oldu

Odessada növbəti gəmi zədələndi - VİDEO

Odessada növbəti gəmi zədələndi - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Göyçə gölündə "Qağayılar adası" - VİDEO

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası yenidən fəaliyyətə başladı - VİDEO

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

ABŞ-dan İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Bu gün Dünya Çempionatında hansı komanda qalib gələcək? - Messidən sürpriz gözləyirlər

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

“Sumqayıt” serbiyalı legioneri geri qaytarmaq istəyir

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Tehranda 500-dən çox dövlət qurumunun işığı kəsilib

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

Zelenski hərbi rəhbərliklə cəbhədəki vəziyyəti müzakirə etdi - FOTO

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

FHN əhaliyə yenidən MÜRACİƏT etdi: “Dənizə çimməyə getməyin!”

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

İran iki gün ərzində ikinci dəfə Küveytdə bu zavoda zərbə endirdi

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Təbriz–Bakı–Məşhəd marşrutu üzrə aviareys fəaliyyətə BAŞLADI

Mənzil bazarında bahalaşma gözlənilir?

Mənzil bazarında bahalaşma gözlənilir?

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

Cücələrlə dolu yük maşını magistralda hərəkəti iflic etdi - VİDEO

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

İsrail mediası: Müctəba Xamenei ölkəni tərk edib

End of content

No more pages to load

RADİO