Suqovuşanda ikimərtəbəli yeni məscidin təməli qoyuldu - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Prezidentin Mətbuat xidməti yayıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qəsəbədə inşa olunacaq məscidin layihəsi barədə məlumat verib.

Bildirilib ki, ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək.

Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Dövlətimizin başçısı və birinci xanım məscidin təməlini qoyublar.

Qeyd edək ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir.

Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək

Azərbaycanda neft-qaz sektoruna investisiyalar 33 faizdən çox artıb

Şəmkirdə kişi həmyerlisini qətlə yetirdi

Rusiyada Con Kennedinin qohumu qiyabi həbs edildi

“Los-Anceles Leykers” rekord məbləğə – 12,5 milyard dollara satılır

Abşeronda 33 yaşlı kişi kürəyindən bıçaqlandı

Messi atasının ölümündən sonra karyerasını davam etdirəcəkmi? - ÖZÜNDƏN AÇIQLAMA

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Qəzada həlak olan AAYDA əməkdaşının FOTOSU

Orteqanı çəki itirməsinə görə Ariana Qrande ilə müqayisə edirlər

Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab oldu - 24 saatdan çox gecikir

Siyəzən rayonunda kişi kafedə vəfat etdi

Ukraynanın ABŞ-dakı keçmiş səfiri girovu ödəməyib - HƏBS OLUNACAQ?

90 yaşlı Culi Endryus rəsmi olaraq bu filmdə çəkilməkdən imtina etdi

Conson Ukrayna-Rusiya sülh danışıqlarını pozmaqda ittiham olunmasını rədd etdi

Yevlaxda "Mercedes" və "Naz Lifan" toqquşdu: 2 ölü, 2 yaralı var

Tramp: “İran artıq Yaxın Şərqin xuliqanı deyil” - FOTO

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək - FOTO

Günəş tutulmasını izləmək üçün ABŞ-ın xüsusi təyyarəsi havaya qaldırıldı

End of content

No more pages to load

RADİO