Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "Naz Lifan" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media