Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş İCLAS

Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir. 

Bizim.Media xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəlib, hava limanı ilə yaxından tanışlıqdan sonra, “Zəfər yolu” ilə Şuşaya çatıblar. 

Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir. 

Toplantı çərçivəsində müzakirələr 2 panel üzrədir. Birinci paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçiriləcək.

Burada keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi, “yaşıl enerji” potensialından istifadə, humanitar mina fəaliyyəti və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

İkinci paneldə isə COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, post-pandemiya reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın qlobal təşəbbüsləri kimi məsələlər müzakirə ediləcək. 

Toplantıda Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndirici, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri təmsil olunur. 
Qeyd edək ki, 30 il əvvəl - 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT ailəsinin bərabərhüquqlu üzvünə çevrilib, bununla da beynəlxalq ictimaiyyətdə layiqli təmsil olunmaq imkanı qazanıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

End of content

No more pages to load

RADİO