Xəbər verdiyimiz kimi, yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Qərara əsasən, vəkillərin İlduzə Hacıyevanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunub. Həmçinin apellyasiya şikayəti məhkəmə baxışına verilib. Şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması qərara alınıb.
"Arzum" məhkəmə binasından çıxarkən yaxınları, ailə üzvləri tərəfindən böyük sevinclə qarşılanıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media