Fransa parlamenti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu yekun şəkildə qəbul edib.
Bizim.Media xəbər verir ki, sənəd Konstitusiya Şurasının yoxlamasından sonra Prezident Emmanuel Makron tərəfindən imzalanacaq.
Qanun qüvvəyə minərsə, bu ilin sentyabrından etibarən sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın təsdiqlənməsi məcburi olacaq və 15 yaşdan kiçik uşaqlar yeni hesab yarada bilməyəcəklər. Mövcud hesablar isə 2027-ci ilin yanvarından etibarən yaş təsdiqindən keçməlidir.
Bizim.Media