Fars körfəzinin milyarderləri Londonu kütləvi şəkildə satın alır

Fars körfəzi ölkələri və ABŞ-dan olan alıcılar London daşınmaz əmlak bazarında görünməmiş canlanmanın əsas hərəkətverici qüvvəsinə çevriliblər. Daily Mail yazır ki, 2026-cı ilin ilk altı ayında “super-premium” kateqoriyasına aid daşınmaz əmlak üzrə bağlanan sövdələşmələrin həcmi 1 milyard funt sterlinqi keçib.

Bizim.Media xəbər verir ki, bazar məlumatlarının təhlili göstərib ki, yanvar-iyun aylarında Böyük Britaniya paytaxtında ümumi dəyəri 1,24 milyard funt sterlinq olan satışlar həyata keçirilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 79 faiz artım deməkdir. Ekspertlərin sözlərinə görə, dünyanın ən varlı insanları İran ətrafında yaranmış hərbi qarşıdurma fonunda kapitallarını qorumağa çalışırlar.

Beauchamp Estates daşınmaz əmlak agentliyinin məlumatına əsasən, bütün alıcıların təxminən 25 faizi Yaxın Şərqdən olub.

Fars körfəzi ölkələrinin milyarderləri öz regionlarında vəziyyətin daha da gərginləşəcəyi halda etibarlı “ehtiyat aerodromları” axtarırlar. Bu narahatlıq fevral ayında Tehranın ABŞ müttəfiqlərinin, o cümlədən Dubayın obyektlərinə zərbələr endirməsindən sonra daha da güclənib.

Amerikalılar kimi (onlar da sövdələşmələrin 30 faizini təşkil edirlər), Yaxın Şərqdən olan alıcılar da əmlakı əsasən nağd şəkildə alır, daha sonra isə likvidliyi artırmaq və vergi yükünü optimallaşdırmaq məqsədilə ipoteka rəsmiləşdirirlər.
 

Beauchamp Estates şirkətinin nümayəndəsi Rouzi Halastçinin sözlərinə görə, alıcılar arasında Körfəz ölkələrinin vətəndaşları, həmin ölkələrdə yaşayan britaniyalı və avropalı ekspatlar, həmçinin Hindistan, Pakistan və Livandan olan şəxslər var: “Şəxsi təhlükəsizliklə bağlı narahatlıqlar müraciətlərin 15 faiz artmasına səbəb olub. Azyaşlı uşaqları olan ailələr Böyük Britaniya paytaxtında etibarlı və təhlükəsiz baza yaratmaq istəyirlər”.


İlin ilk yarısında qiyməti 15 milyon funt sterlinqdən başlayan 34 malikanə yeni sahibinə satılıb. Orta satış qiyməti 36,5 milyon funt sterlinq təşkil edib ki, bu da üç il əvvəlki göstəricidən təxminən iki dəfə çoxdur.

Bazarı Böyük Britaniya tarixinin ən bahalı yaşayış əmlakı satışları daha da canlandırıb:

Providence House (Çelsi): iş adamı Nik Kendi malikanəni Leyboristlər Partiyasının donorlarından Sunil Setiyaya 275 milyon funt sterlinqə satıb.

The Holme (Ridcent Park): Dubaylı tikinti maqnatı Abbas Sacvani bu nəhəng mülkü 195 milyon funt sterlinqə alıb. (Onun atası, “Dubayın Trampı” kimi tanınan Hüseyn Sacvani də Naytsbricdə yerləşən 55 milyon funtluq malikanəni almağa çalışsa da, yerli alıcıya uduzub). Park Modern yaşayış kompleksindəki penthaus isə 57 milyon funt sterlinqə satılıb.

Amerikalılar niyə Londona üz tutur və Trampın bununla nə əlaqəsi var?

ABŞ-dan olan alıcıların əksəriyyəti süni intellekt və texnologiya sektorunda fəaliyyət göstərən uğurlu investorlardır. Bununla belə, amerikalı sərmayədarların mühüm hissəsi Prezident Donald Trampın siyasəti ilə razılaşmadıqları üçün vəsaitlərini Londona yönəldirlər.
 

Ekspertlər bildirirlər: “Süni intellekt sahəsindəki bum ABŞ-da nəhəng sərvətlər formalaşdırır. Lakin Trampın siyasəti narahatlıq doğurduğundan amerikalılar kapitallarının bir hissəsini London daşınmaz əmlakına yatırmağa başlayıblar. Nəticədə ABŞ-dan gələn tələbat 10 faiz artıb”.


Bununla yanaşı, Londonun Sent-Cons-Vud rayonundakı Hamilton Terrace küçəsi də yeni “milyarderlər küçəsi”nə çevrilməkdədir. Son 12 ay ərzində burada ümumi dəyəri təxminən 100 milyon funt sterlinq olan evlər satılıb və əsas alıcılar Hindistandan olan investorlar olub.

Qiyməti 5–20 milyon funt sterlinq arasında dəyişən malikanələr texnologiya bumundan varlanan Asiya biznesi üçün olduqca sərfəli investisiya hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO