ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynadakı müharibə Vaşinqtonla Moskva arasında digər sahələr üzrə əməkdaşlığa mane olur.
Bizim.Media xəbər verir ki, o, qeyd edib ki, münaqişənin başa çatması həm Rusiya, həm də beynəlxalq təhlükəsizlik baxımından vacibdir.
Rubionun sözlərinə görə, ABŞ müharibənin dayandırılması istiqamətində konstruktiv rol oynamağa hazırdır.
Bununla yanaşı, dövlət katibi vurğulayıb ki, ABŞ Rusiya hökuməti ilə əlaqələri davam etdirməlidir.
“Biz və Rusiya planetin iki ən böyük nüvə dövlətik. Bir-birimizlə danışmamaq bizim tərəfdən düşünülməmiş və məsuliyyətsiz addım olardı. Rusiya hökuməti ilə münasibətləri qoruyub saxlamalıyıq”, – deyə Rubio bildirib.
Bizim.Media