Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın qonağın yeni vəzifəsində ilk səfər etdiyi ölkələrdən biri olması respublikamızla İƏT arasında möhkəm əlaqələrdən xəbər verdiyini bildirib.

S.Qafarova bu səfərin qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası və dinlərarası dialoqun əsas qlobal platformalarından birinə çevrildiyini diqqətə çatdırıb.
 

Söhbət zamanı Azərbaycanın İƏT-in fəaliyyətində mühüm rolu qeyd edilib, həm Azərbaycan ərazilərinin işğalı dövründə, həm də münaqişədən sonrakı dövrdə təşkilatın ölkəmizə davamlı dəstəyinin, qəbul etdiyi çoxsaylı qətnamələrin və qərarların bu dəstəyi və həmrəyliyi əks etdirdiyi vurğulanıb.


Milli Məclisin sədri qonağa parlamentin tarixi, müasir strukturu və beynəlxalq sahədə fəaliyyəti barədə məlumat verib.

S.Qafarova hazırda sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) ilə İƏT arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

İsmayıl Ould Şeyx Əhməd İƏT-in fəaliyyətinə verdiyi dəstəyə və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda uğurla təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Baş katib Prezident İlham Əliyevlə görüşü, cənab Prezidentin Forumdakı çıxışı, həmçinin ölkəmizdə gördüyü inkişaf barədə təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycan sülhü, sabitliyi necə qorumaqla bağlı bütün dünyaya nümunə göstərir. Baş katib Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın sədrliyi ilə bu təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə inamını ifadə edib.
 

Parlament diplomatiyasının əhəmiyyətindən danışan qonaq İƏT-in Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəklədiyini bildirib. O, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülmüş işləri yüksək qiymətləndirib.


Görüşdə İslam həmrəyliyinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkəmizlə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram” - foto 1
Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram” - foto 2
Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram” - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Yamalın atası yenə insident TÖRƏTDİ

Yamalın atası yenə insident TÖRƏTDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Uşakov: “Rusiya-Ukrayna danışıqları noyabrın 4-dən sonra keçiriləcək”

Uşakov: “Rusiya-Ukrayna danışıqları noyabrın 4-dən sonra keçiriləcək”

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

Sabah bu rayonda QAZ OLMAYACAQ

Sabah bu rayonda QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO