Cəmiyyət
Bu gün 01:00

225 nömrəli məktəbin həyətində media nümayəndələrinin hadisəni işıqlandırması zamanı yaranan insident nəzarətə götürülüb.
Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Məlumata görə, məsələ ilə bağlı təhsili idarəetmə qurumları və polis tərəfindən araşdırma aparılır, nəticələrə uyğun hüquqi tədbirlər görüləcək.
İdarə uşaqların anonimliyinin və psixoloji təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb, şagirdlərlə müsahibələrə və onların emosional vəziyyətinə mənfi təsir edə biləcək davranışlara yol verilməməli olduğunu bildirib.
Bizim.Media