
“Ukrayna ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlar noyabrın 4-dən sonra baş tutacaq. Görüşün dəqiq tarixi yaxın vaxtlarda müəyyənləşdiriləcək”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna ilə bağlı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarla bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, danışıqların vaxtı cəbhədəki vəziyyətdən və ümumi şəraitdən də asılı olacaq.
Uşakovun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibi yaxın vaxtlarda müəyyənləşdiriləcək:
“Hələlik danışıqlarda Rusiyanı kimin təmsil edəcəyi dəqiqləşməyib, lakin nümayəndə heyətinin əsas tərkibi artıq formalaşıb”.
Rusiya prezidentinin köməkçisi, həmçinin Avropa ölkələrinin nümayəndələrinin danışıqlara qoşulması məsələsinin hələ müzakirə olunmadığını vurğulayıb:
“Hazırda Ukrayna ilə bağlı yalnız üçtərəfli danışıqların keçirilməsi barədə razılaşma mövcuddur”.
Bizim.Media