“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir”

“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir”
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara sığmayacaq qədər dərin tarixi köklərə malikdir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının partiyanın İdarə Heyətinin iclasından sonra yaydığı yazılı açıqlamada bildirilib.

“Türk dünyasının gələcəyi müstəqil dövlətlərimizin suverenliyinə, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa, etimada və qardaşlıq münasibətlərinə əsaslanır.

Gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı məhz bu tarixi məsuliyyətin və ortaq gələcək iradəsinin mühüm təzahürü olacaq”, - açıqlamada vurğulanır.

Qeyd olunub ki, türk dünyasının gücünü qarşılıqlı etimad və həmrəylik içərisində tapmalı olduğu aydındır: “Bu birlikdən narahatlıq duyanların gözləntiləri qardaş dövlətlərimizin ortaq iradəsi qarşısında nəticəsiz qalacaq.

Cənab Prezidentimizin Azərbaycan Prezidenti İlham Əliyevi Ankaradakı Zirvə toplantısına dəvət etməsi Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və strateji əhəmiyyətinin qorunması baxımından xüsusi önəm daşıyır.

Türkiyə ilə Azərbaycan arasındakı bağlar gündəlik siyasi hadisələrdən və müvəqqəti fikir ayrılıqlarından daha dərin olan ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və xalqımızın mənəvi birliyi üzərində qurulub.

Dövlətlər arasında fərqli yanaşmalar və həllini gözləyən məsələlər, əlbəttə, ortaya çıxa bilər.

Əsas məsələ bu problemləri qardaşlıq münasibətlərinə xələl gətirmədən, qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsi nümayiş etdirməkdir.

Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadının qorunması iki dövlət arasındakı həmrəyliyin davam etdirilməsi və Türk dünyasının ortaq gələcəyinin təmin olunması baxımından əvəzolunmazdır”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ata və oğul 20 ay arayla Məkkədə vəfat etdilər

Ata və oğul 20 ay arayla Məkkədə vəfat etdilər

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO

Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO

Gələn il kimlərin maaşı artacaq?

Gələn il kimlərin maaşı artacaq?

Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

Bu xəstəliyi olanlara qəhvə içmək olmaz

Bu xəstəliyi olanlara qəhvə içmək olmaz

ABŞ öz diplomatlarını Yaxın Şərqdən gizli şəkildə ÇIXARIR

ABŞ öz diplomatlarını Yaxın Şərqdən gizli şəkildə ÇIXARIR

Metroda gediş haqqının artırılması haqda RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqının artırılması haqda RƏSMİ AÇIQLAMA

Canlı yayım zamanı dalğanın altında qaldı – VİDEO

Canlı yayım zamanı dalğanın altında qaldı – VİDEO

Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio

Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio

Bakıda FIFA U-15 dünya çempionatı start götürür

Bakıda FIFA U-15 dünya çempionatı start götürür

“AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?

“AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?

Bəzi şəxslərin pensiyasının hesablanma qaydası dəyişir - Qanun nə deyir?

Bəzi şəxslərin pensiyasının hesablanma qaydası dəyişir - Qanun nə deyir?

“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir”

“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir”

Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)

Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)

Norveçlilər qışda da pəncərələri açıq saxlayaraq yatırlar – Səbəbi nədir?

Norveçlilər qışda da pəncərələri açıq saxlayaraq yatırlar – Səbəbi nədir?

Trampın İrandan sonrakı hədəfi bu ölkə olacaq – VİDEO

Trampın İrandan sonrakı hədəfi bu ölkə olacaq – VİDEO

Paytaxtda kütləvi dava ölümlə nəticələndi - Bıçaqlı hücumun anbaan görüntüləri - VİDEO

Paytaxtda kütləvi dava ölümlə nəticələndi - Bıçaqlı hücumun anbaan görüntüləri - VİDEO

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 24 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 24 oktyabr – VİDEO

Hövsan dünya çempionatına tam hazırdır - FOTO

Hövsan dünya çempionatına tam hazırdır - FOTO

Qəbələdə ağır qəza olub - VİDEO

Qəbələdə ağır qəza olub - VİDEO

Azərbaycan-Pakistan hüquqi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Pakistan hüquqi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan klubunun rəhbərinə 4 oyunluq CƏZA VERİLDİ

Azərbaycan klubunun rəhbərinə 4 oyunluq CƏZA VERİLDİ

End of content

No more pages to load

RADİO