Gələn il kimlərin maaşı artacaq?

Gələn il kimlərin maaşı artacaq?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2027-ci ildə Azərbaycanda əməkhaqlarının artırılması məsələsi gündəmdədir. Minimum əməkhaqqının yüksəldilməsi ilə bağlı gözləntilər xüsusilə aşağı gəlirli işçilər və dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanlar üçün maraq doğurur.

Bəs gələn il maaş artımı hansı sahələri əhatə edə bilər və işçilərin əməkhaqları nə qədər yüksələ bilər?

Bizim.Media xəbər verir ki, iqtisadçı Asif ibrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, 2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması gözlənilir.

Onun sözlərinə görə, Prezidentin 2026-cı ilin oktyabrında verdiyi açıqlama bu istiqamətdə qərarların nəzərdə tutulduğunu göstərir:

"Lakin artımın konkret məbləği, faizi və hansı işçi qruplarına şamil ediləcəyi hələ müəyyənləşdirilməyib. Amma düşünürəm ki, bu artım illik inflyasiya həddinə uyğun müəyyənləşdiriləcək. İlkin olaraq minimum əməkhaqqı alanlar, pensiyaçılar və sosial müavinət alanlar artımdan faydalana biləcək. Büdcədən maliyyələşən müəllimlər, həkimlər və digər dövlət işçilərinin əməkhaqlarına dəyişiklik isə ayrıca qərarlardan asılı olacaq.

Əsas narahatlığımız maaşların artırılması yox, bu artımların hansı iqtisadi şəraitdə həyata keçirilməsidir. Hazırki, iqtisadi modellə əmək haqqı nə qədər artırılsa xərclər, məhsul və xidmətlərin maya dəyəri paralel olaraq artacaq. Azərbaycanda iqtisadiyyatın məhsuldarlığını, yerli istehsalın rəqabət qabiliyyətini və biznesin gəlir imkanlarını gücləndirən mexanizmlər kifayət qədər səmərəli deyil.

İstehsalçı yüksək xammal, enerji, logistika və digər əməliyyat xərcləri ilə üzləşir. Belə şəraitdə əməkhaqqının artması müəssisənin maya dəyərini də yüksəldir. Əgər məhsuldarlıq və satış gəlirləri eyni sürətlə artmırsa, sahibkar ya qiymətləri qaldırmalı, ya mənfəətindən imtina etməli, ya da işçi sayını azaltmalıdır.

Bu proses xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir. Məsələn, bir müəssisənin əməkhaqqı fondu ayda 10 min manatdırsa və əməkhaqları 10 faiz artırılırsa, işəgötürənin aylıq əməkhaqqı xərci 11 min manata yüksəlir. Burada əlavə sosial sığorta və digər əməkhaqqı ilə bağlı ödənişlər nəzərə alınmayıb. İllik əlavə yük isə ən azı 12 min manat təşkil edir. Eyni zamanda müəssisənin digər xərcləri də artırsa, qiymət artımından qaçmaq daha da çətinləşir. Nəticədə maaş artımından əldə edilən gəlirin bir hissəsi bahalaşma vasitəsilə yenidən əhalinin cibindən çıxır.

Dövlət büdcəsindən maaş alan işçilərin əməkhaqlarının artırılması da əlavə maliyyə mənbəyi tələb edir. 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri təxminən 39,25 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Bu, təxminən 3,15 milyard manat büdcə kəsiri deməkdir.

Belə bir şəraitdə əməkhaqlarının artırılması daimi büdcə xərclərini yüksəldir. Əgər əlavə gəlirlər iqtisadiyyatın real inkişafı hesabına yaranmırsa, dövlət digər xərcləri azaltmalı, yeni maliyyə mənbələri tapmalı və ya borclanma imkanlarından istifadə etməlidir.

Ən ciddi problem iqtisadiyyatın bu artımları daşımaq qabiliyyətidir. İqtisadi artımın 2027-ci ildə 2,7 faiz, qeyri-neft sektorunda isə 4,4 faiz proqnozlaşdırılması fonunda əsas diqqət istehsalın keyfiyyətinə, yeni iş yerlərinin yaradılmasına və əmək məhsuldarlığının yüksəldilməsinə yönəlməlidir. Əgər iqtisadiyyat daha çox məhsul istehsal etmir, daha yüksək əlavə dəyər yaratmır və biznesin rəqabət gücü artmırsa, gəlirlərin yüksəldilməsi uzunmüddətli maliyyə sabitliyini təmin etmək üçün kifayət etmir.

İqtisadiyyatın xərclərini artırıb gəlir yaradan mexanizmlərini zəif saxlamaqla dayanıqlı rifah qurmaq mümkün deyil. İllərlə iqtisadiyyatın struktur problemləri həll olunmayıbsa, istehsalçının xərcləri yüksəkdirsə, idxaldan asılılıq davam edirsə və regionlarda rəqabət qabiliyyətli biznes formalaşmırsa, bu model ölkənin iqtisadi imkanlarını tükəndirir.

2027-ci ildə maaş artımı həyata keçiriləcəksə, bu, real iqtisadi hesablamalara əsaslanmalıdır. Minimum əməkhaqqı inflyasiyanı, yaşayış xərclərini və əmək məhsuldarlığını nəzərə alan mexanizmlə müəyyənləşdirilməli, dövlət sektorunda əməkhaqqı siyasəti büdcənin uzunmüddətli imkanları ilə uzlaşdırılmalıdır. Özəl sektorda isə istehsalçının xərclərini azaldan, rəqabəti gücləndirən və investisiyaları təşviq edən addımlar atılmalıdır.

Əhalinin gəlirlərini artırmaq vacibdir. Ancaq bunun davamlı yolu yalnız maaşları yüksəltməkdən keçmir. İnsanların daha yüksək maaşla yanaşı, həmin maaşla daha çox mal və xidmət ala bilməsi üçün iqtisadiyyatın özü güclənməlidir. Əks halda, nominal gəlirlər artacaq, xərclər böyüyəcək, qiymətlərə təzyiq güclənəcək və əhalinin real rifahında gözlənilən nəticə əldə olunmayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan türkcəsində təhsil tələbi İranda yenidən səsləndi – Bu dəfə stadionda – VİDEO

Azərbaycan türkcəsində təhsil tələbi İranda yenidən səsləndi – Bu dəfə stadionda – VİDEO

“Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı

“Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı

Hitlerin “Qartal yuvası” külə döndü – FOTO

Hitlerin “Qartal yuvası” külə döndü – FOTO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Zaqatalada evlərə qənim kəsilən şəxs saxlanıldı – VİDEO

Zaqatalada evlərə qənim kəsilən şəxs saxlanıldı – VİDEO

"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” – VİDEO

"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” – VİDEO

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rəsmi Bakı: “Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir

Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir

Zelenski: “Müharibəni dondurmağa hazıram, əlavə güzəşt olmayacaq”

Zelenski: “Müharibəni dondurmağa hazıram, əlavə güzəşt olmayacaq”

Çağırışçılarla bağlı xəbərdarlıq: 800 manat cərimə...

Çağırışçılarla bağlı xəbərdarlıq: 800 manat cərimə...

Start-stop funksiyasına üstünlük verən sürücülər - Yarım ildən bir 300-500 manat xərcə düşəcəksiniz

Start-stop funksiyasına üstünlük verən sürücülər - Yarım ildən bir 300-500 manat xərcə düşəcəksiniz

Ata və oğul 20 ay arayla Məkkədə vəfat etdilər

Ata və oğul 20 ay arayla Məkkədə vəfat etdilər

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO

Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO

Gələn il kimlərin maaşı artacaq?

Gələn il kimlərin maaşı artacaq?

Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

Bu xəstəliyi olanlara qəhvə içmək olmaz

Bu xəstəliyi olanlara qəhvə içmək olmaz

ABŞ öz diplomatlarını Yaxın Şərqdən gizli şəkildə ÇIXARIR

ABŞ öz diplomatlarını Yaxın Şərqdən gizli şəkildə ÇIXARIR

Metroda gediş haqqının artırılması haqda RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqının artırılması haqda RƏSMİ AÇIQLAMA

Canlı yayım zamanı dalğanın altında qaldı – VİDEO

Canlı yayım zamanı dalğanın altında qaldı – VİDEO

Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio

Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio

Bakıda FIFA U-15 dünya çempionatı start götürür

Bakıda FIFA U-15 dünya çempionatı start götürür

“AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?

“AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?

End of content

No more pages to load

RADİO