Bəzi şəxslərin pensiyasının hesablanma qaydası dəyişir - Qanun nə deyir?

Bəzi şəxslərin pensiyasının hesablanma qaydası dəyişir - Qanun nə deyir?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda pensiya təminatı sistemi əsasən "Əmək pensiyaları haqqında" Qanunla tənzimlənir.

Bizim.Media xəbər verir ki, bəzi şəxslərin pensiyasının hesablanması qaydasının dəyişdirilməsi nəzərdə tutulur.

Söhbət dövlət qulluqçularından, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçulardan və səlahiyyət müddətinə görə pensiya alan şəxslərdən gedir.

Hazırda bu şəxslərin pensiyaları əməkhaqqı və ya sonuncu təminat xərcliyi ilə əlaqəli şəkildə hesablanır.

Yeni yanaşmaya əsasən, pensiyanın məbləği şəxsin fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında müəyyən ediləcək. Başqa sözlə, pensiyanın məbləği artıq sonuncu əməkhaqqından və ya təminat xərcliyindən birbaşa asılı olmayacaq.

Bununla yanaşı, həmin şəxslərə aylıq pensiya əlavəsinin də verilməsi nəzərdə tutulur. Dövlət qulluqçularına ödəniləcək aylıq pensiya əlavəsinin məbləği onların inzibati təsnifatına, hərbi qulluqçulara veriləcək əlavənin məbləği isə hərbi rütbələrinə uyğun müəyyən ediləcək.

Səlahiyyət müddətinə görə pensiya alan şəxslər üçün əlavələrin məbləği konkret vəzifələr üzrə sabit müəyyənləşdiriləcək.

Digər mühüm yenilik pensiyanın proaktiv qaydada təyin edilməsidir. Bu o deməkdir ki, vətəndaşın pensiya təyin olunması üçün ayrıca dövlət qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq. Lazımi məlumatlar elektron sistemlər vasitəsilə əldə ediləcək, pensiya və ona əlavə avtomatik qaydada təyin olunacaq.

Dəyişikliklər yalnız bu kateqoriyadan olan şəxslərin pensiya təminatını əhatə etmir. Əmək pensiyalarının və pensiya kapitallarının indeksləşdirilməsi mexanizminin də təkmilləşdirilməsi nəzərdə tutulur.

Hazırda əmək pensiyaları ölkə üzrə ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, fərdi hesablarda qeydə alınan pensiya kapitalları isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən indeksləşdirilir.

Yeni yanaşmaya əsasən, əmək pensiyalarının və pensiya kapitallarının məbləğindən asılı olaraq diferensial indeksləşdirmə tətbiq ediləcək. Belə ki, aşağı məbləğli pensiyalar və pensiya kapitalları əvvəlki qaydada tam həcmdə indeksləşdiriləcək, daha yüksək məbləğlər üçün isə fərqli mexanizm tətbiq olunacaq.

Dəyişikliklərin əsas məqsədi pensiya sistemində vahid sığorta prinsipinin tətbiqini gücləndirmək, aşağı məbləğli pensiyaların artırılmasına imkan yaratmaq və sistemin maliyyə dayanıqlığını möhkəmləndirməkdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ata və oğul 20 ay arayla Məkkədə vəfat etdilər

Ata və oğul 20 ay arayla Məkkədə vəfat etdilər

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO

Zelenski: “Avropa Rusiyanın 2 milyonluq ordusu qarşısında dayana bilməz” – VİDEO

Gələn il kimlərin maaşı artacaq?

Gələn il kimlərin maaşı artacaq?

Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

Bu xəstəliyi olanlara qəhvə içmək olmaz

Bu xəstəliyi olanlara qəhvə içmək olmaz

ABŞ öz diplomatlarını Yaxın Şərqdən gizli şəkildə ÇIXARIR

ABŞ öz diplomatlarını Yaxın Şərqdən gizli şəkildə ÇIXARIR

Metroda gediş haqqının artırılması haqda RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqının artırılması haqda RƏSMİ AÇIQLAMA

Canlı yayım zamanı dalğanın altında qaldı – VİDEO

Canlı yayım zamanı dalğanın altında qaldı – VİDEO

Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio

Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio

Bakıda FIFA U-15 dünya çempionatı start götürür

Bakıda FIFA U-15 dünya çempionatı start götürür

“AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?

“AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?

Bəzi şəxslərin pensiyasının hesablanma qaydası dəyişir - Qanun nə deyir?

Bəzi şəxslərin pensiyasının hesablanma qaydası dəyişir - Qanun nə deyir?

“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir”

“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir”

Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)

Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)

Norveçlilər qışda da pəncərələri açıq saxlayaraq yatırlar – Səbəbi nədir?

Norveçlilər qışda da pəncərələri açıq saxlayaraq yatırlar – Səbəbi nədir?

Trampın İrandan sonrakı hədəfi bu ölkə olacaq – VİDEO

Trampın İrandan sonrakı hədəfi bu ölkə olacaq – VİDEO

Paytaxtda kütləvi dava ölümlə nəticələndi - Bıçaqlı hücumun anbaan görüntüləri - VİDEO

Paytaxtda kütləvi dava ölümlə nəticələndi - Bıçaqlı hücumun anbaan görüntüləri - VİDEO

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 24 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 24 oktyabr – VİDEO

Hövsan dünya çempionatına tam hazırdır - FOTO

Hövsan dünya çempionatına tam hazırdır - FOTO

Qəbələdə ağır qəza olub - VİDEO

Qəbələdə ağır qəza olub - VİDEO

Azərbaycan-Pakistan hüquqi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Pakistan hüquqi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan klubunun rəhbərinə 4 oyunluq CƏZA VERİLDİ

Azərbaycan klubunun rəhbərinə 4 oyunluq CƏZA VERİLDİ

End of content

No more pages to load

RADİO