İspaniyalı müxbir fırtınanın təhlükələri barədə xəbərdarlıq etdiyi canlı yayım zamanı nəhəng dalğanın əhatəsində qalıb.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, jurnalist Serxio Ovexero İspaniyanın Ondarroa şəhərində, sahil zolağından canlı yayım edərək "Adam" fırtınası barədə məlumat verir və tamaşaçıları pisləşən hava şəraiti ilə bağlı xəbərdar edirdi.
Bu zaman nəhəng bir dalğa onu və operatoru ağuşuna alıb.
Yayım bir neçə saniyəliyə kəsilib; studiyadakı aparıcı isə narahatlıqla kameraya baxaraq, həmkarının və operatorun vəziyyətinin yaxşı olacağına ümid etdiyini bildirib.
"Euskadi Quédate" telekanalı daha sonra məlumat verib ki, hər iki əməkdaş sağ-salamatdır, ciddi xəsarət almayıblar.
Bizim.Media