Dünya
Bu gün 11:06
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən “Leyli” obrazında səhnəyə çıxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb.
Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:
"Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun" tamaşasında oynayacağam. Tamaşa yeni quruluşda səhnəyə qoyulub. Noyabrın 14-də səhnəyə çıxacağam. Tərəf müqabilim isə Əməkdar artist Elnur Zeynalov olacaq". (Axşam.az)
Bizim.Media