Təltif olunduğu ordenin şəklini illər öncə özü hazırlayıbmış... – FOTO

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu “İstiqlal” ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib.

Bizim.Media xəbər verir ki, təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq yaşanıb.

Belə ki, Fərhad Xəlilov vaxtilə şəkli özü tərəfindən hazırlanmış bu ordenlə nə vaxtsa təltif olunacağını fikirləşmədiyini bildirib: “Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacağam”.

Prezident İlham Əliyev isə cavabında deyib: “Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz”.

Qeyd edək ki, “İstiqlal” ordeni 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunla təsis edilib. 1992-2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olub.

Azərbaycanda milli-azadlıq hərakatında müstəsna xidmətlərinə, dövlət və xalq qarşısında xüsusilə görkəmli xidmətlərinə görə və Azərbaycanın milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə verilir.

“İstiqlal” ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə (1993-cü il) heç kəs təltif olunmayıb. Ordenin ikinci təsviri 1998-ci ildə təsdiq edilib.

Üçüncü və hazırkı təsvir isə 2013-cü ildə təsdiq olunub. “İstiqlal” ordeni bir-birinin üzərinə qoyulmuş iki gümüş səkkizguşəli ulduzdan ibarətdir. Üstdəki ulduzun ortasındakı lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında səkkizguşəli ulduz təsvir olunub. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca “İstiqlal” sözü yazılıb.

İndiyə kimi bu ordenlə 76 nəfər təltif olunub. Onlar arasında Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev, Azad Mirzəcanzadə, Ziya Bünyadov, Süleyman Dəmirəl, Müslüm Maqomayev və digərləri var. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Soyuducu anbarda hadisə: qadın faciəvi şəkildə öldü

Qəzza ianələri QALMAQALI: Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi vəzifədən azad edildi

Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparıldı – FOTO/VİDEO

SON DƏQİQƏ! Rusiya və Ukrayna atəşkəslə bağlı razılığa gəldilər

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi – FOTO

Məşhur azərbaycanlı müğənnidə nadir xəstəlik AŞKARLANDI

"İsican" HƏBS EDİLDİ

"İsican" HƏBS EDİLDİ

Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi fənlər üzrə imtahan proqramları TƏSDİQLƏNDİ

Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi fənlər üzrə imtahan proqramları TƏSDİQLƏNDİ

Təltif olunduğu ordenin şəklini illər öncə özü hazırlayıbmış... – FOTO

Təltif olunduğu ordenin şəklini illər öncə özü hazırlayıbmış... – FOTO

Şimal bölgəsindəki alma bağlarında yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Altı il öncə bu gün – 23 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bakıda söküləcək binaların yerləri açıqlandı — SİYAHI

Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı – FOTO

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur – SƏBƏB

Salyanda AĞIR QƏZA – Xəsarət alanlar var - VİDEO

Qayınata və kürəkəni əlbir olub, evləri QARƏT ETDİLƏR - VİDEO

Metroya yaxın, tam təmirli mənzillər – Biləcəridə yeni mənzillərin satışı başladı!

Böyük pul üçün hər şeyi riskə atmağa hazır olan BÜRCLƏR

“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...” – VİDEO

Prezident Qırğızıstanla əməkdaşlıq Sazişini TƏSDİQLƏDİ

Sabunçuda silsilə oğurluq edən şəxs kameraya düşdü – ANBAAN VİDEO

Əli Kərimlinin işi məhkəməyə göndərildi

Əli Kərimlinin işi məhkəməyə göndərildi

End of content

No more pages to load

RADİO