Şimal bölgəsindəki alma bağlarında yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Şimal bölgəsindəki alma bağlarında yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA – FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər:
 

“Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir.


Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər.

Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər.

Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər.

Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır.

Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır.

Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir:

- Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir.

- Budama və çətirin seyrəldilməsi - Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir.

- Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir.

- Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır.

- Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir.
Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır.
 

Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir”.


Qeyd edək ki, şimal bölgəsinin ən iri meyvəçilik rayonu olan Qubada dəmgil xəstəliyinin yayılması səbəbindən alma təsərrüfatlarına ciddi ziyan dəyib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Soyuducu anbarda hadisə: qadın faciəvi şəkildə öldü

Soyuducu anbarda hadisə: qadın faciəvi şəkildə öldü

Qəzza ianələri QALMAQALI: Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi vəzifədən azad edildi

Qəzza ianələri QALMAQALI: Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi vəzifədən azad edildi

Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparıldı – FOTO/VİDEO

Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparıldı – FOTO/VİDEO

SON DƏQİQƏ! Rusiya və Ukrayna atəşkəslə bağlı razılığa gəldilər

SON DƏQİQƏ! Rusiya və Ukrayna atəşkəslə bağlı razılığa gəldilər

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi – FOTO

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi – FOTO

Məşhur azərbaycanlı müğənnidə nadir xəstəlik AŞKARLANDI

Məşhur azərbaycanlı müğənnidə nadir xəstəlik AŞKARLANDI

"İsican" HƏBS EDİLDİ

"İsican" HƏBS EDİLDİ

Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi fənlər üzrə imtahan proqramları TƏSDİQLƏNDİ

Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi fənlər üzrə imtahan proqramları TƏSDİQLƏNDİ

Təltif olunduğu ordenin şəklini illər öncə özü hazırlayıbmış... – FOTO

Təltif olunduğu ordenin şəklini illər öncə özü hazırlayıbmış... – FOTO

Şimal bölgəsindəki alma bağlarında yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Şimal bölgəsindəki alma bağlarında yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Altı il öncə bu gün – 23 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 23 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bakıda söküləcək binaların yerləri açıqlandı — SİYAHI

Bakıda söküləcək binaların yerləri açıqlandı — SİYAHI

Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı – FOTO

Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı – FOTO

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur – SƏBƏB

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur – SƏBƏB

Salyanda AĞIR QƏZA – Xəsarət alanlar var - VİDEO

Salyanda AĞIR QƏZA – Xəsarət alanlar var - VİDEO

Qayınata və kürəkəni əlbir olub, evləri QARƏT ETDİLƏR - VİDEO

Qayınata və kürəkəni əlbir olub, evləri QARƏT ETDİLƏR - VİDEO

Metroya yaxın, tam təmirli mənzillər – Biləcəridə yeni mənzillərin satışı başladı!

Metroya yaxın, tam təmirli mənzillər – Biləcəridə yeni mənzillərin satışı başladı!

Böyük pul üçün hər şeyi riskə atmağa hazır olan BÜRCLƏR

Böyük pul üçün hər şeyi riskə atmağa hazır olan BÜRCLƏR

“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...” – VİDEO

“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...” – VİDEO

Prezident Qırğızıstanla əməkdaşlıq Sazişini TƏSDİQLƏDİ

Prezident Qırğızıstanla əməkdaşlıq Sazişini TƏSDİQLƏDİ

Sabunçuda silsilə oğurluq edən şəxs kameraya düşdü – ANBAAN VİDEO

Sabunçuda silsilə oğurluq edən şəxs kameraya düşdü – ANBAAN VİDEO

Əli Kərimlinin işi məhkəməyə göndərildi

Əli Kərimlinin işi məhkəməyə göndərildi

End of content

No more pages to load

RADİO