Dünya
Bu gün 18:21
Salyan rayonunun Qırxçıraq kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı 4 nəfər xəsarət alıb.
Bildirilib ki, Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) bu gün saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.
Fəridə, Bizim.Media