Cəmiyyət
Bu gün 17:17
Sabunçu rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb.
Polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıyev saxlanılıb.
Onun oğurladığı mobil telefonları və planşeti satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Bizim.Media