Xankəndidə gənc oğlanın üzərindən narkotik vasitə aşkarlanıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti adla) Xankəndi şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq, üzərində yoxlama keçirilib.
Bu zaman onun üstündən şəxsi istifadəsi üçün saxladığı bir büküm narkotik maddə olan marixuana tapılıb. Faktla bağlı onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
S. Rzayev ifadəsində bildirib ki, Xankəndi şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sürücü vəzifəsində çalışır. Bir neçə tanışı ilə yaşayış evlərinin birinin həyətində narkotik maddə istifadə edib. Bundan sonra saxlanılıb və üzərindən narkotik çıxıb.
O, təqsirini etiraf edərək, əməlindən peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə Sahib Rzayev 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Bizim.Media