Ukraynanın paytaxtı Kiyevdə elektrik təchizatında yaranan problemlərə görə metro yenidən fəaliyyətini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bundan əvvəl Kiyevdə bir sıra partlayış səsləri eşidilib. KİV-in məlumatına görə, Şimal körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd edək ki, oktyabr ayında Kiyev metrosu və yerüstü elektrik nəqliyyatının fəaliyyəti elektrik enerjisinin verilməsində yaranan fasilələr səbəbindən dəfələrlə dayandırılıb. Həmin vaxt şəhərin meri Vitali Kliçko imkanı olan sakinlərə müvəqqəti olaraq paytaxtı tərk etməyi tövsiyə edib.
Bizim.Media