Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı və qeyd etdi ki, bununla da əlaqələrimiz yeni səviyyəyə qalxıb.
 

Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.


Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanla Çinin strateji tərəfdaşlığına dair qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyətinə toxunan Vanq Yin vurğuladı ki, Çin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşıdır.

Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu və dinamik inkişafını qeyd etdi, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirdi.

Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd etdi, ölkəmizin beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğuladı.

O, Azərbaycanın AQEM-də sədrliyi, həmçinin ölkəmizin bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Çinin dinamik inkişafını qeyd edərək, bu ölkənin Qlobal Cənubun maraqlarını təmsil etməsinin və davamlı inkişafa verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.

Dövlətimizin başçısı ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğuladı.
 

Prezident İlham Əliyev, həmçinin “Bir kəmər, bir yol” layihəsinin önəmini qeyd etdi və Azərbaycanın buna dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladı.


Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlətimizin başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.

Qonaq Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğuladı. Prezident İlham Əliyev dedi ki, hazırda iqtisadi-ticari əlaqələrimiz də siyasi əlaqələrin ruhuna uyğun olaraq fəal inkişaf edir. Bu xüsusda dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını qeyd etdi.

Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, ölkələrimizin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulandı.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Navai HƏBS EDİLDİ

Navai HƏBS EDİLDİ

Kənd yumurtası BAHALAŞDI

Kənd yumurtası BAHALAŞDI

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Üç BÜRC üçün fürsətlər dənizi

Üç BÜRC üçün fürsətlər dənizi

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Erməni deputat Rusiyaya buraxılmadı – SƏBƏB

Erməni deputat Rusiyaya buraxılmadı – SƏBƏB

Emoməli Rəhmon Bakıdadır - YENİLƏNİB/FOTO

Emoməli Rəhmon Bakıdadır - YENİLƏNİB/FOTO

“Şahinlərin Görüşü-2026”: Təyyarə və helikopterlərin uçuşları keçirildi - VİDEO

“Şahinlərin Görüşü-2026”: Təyyarə və helikopterlərin uçuşları keçirildi - VİDEO

Qazaxıstana səfər edən əcnəbilər üçün yeni qayda TƏTBİQ EDİLƏCƏK

Qazaxıstana səfər edən əcnəbilər üçün yeni qayda TƏTBİQ EDİLƏCƏK

Sadır Japarov Bakıya GƏLDİ - FOTO

Sadır Japarov Bakıya GƏLDİ - FOTO

End of content

No more pages to load

RADİO