Ukrayna bu gün Rusiyanın Saratov və Ryazan vilayətlərində yerləşən iki neft emalı zavoduna hücum edib.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi enerji atəşkəsi istiqamətində irəliləyiş nümayiş etdirmir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadan Rusiyanın neft emalı zavodlarına zərbələr endirməməyi tələb etdiyini bildirmişdi.
O, Ukrayna Prezidenti Volodimir Zelenskini “bütün dünya üçün problemlər yaratmaqda” ittiham edib. Tramp həmçinin Zelenskinin münaqişəni dəfələrlə həll edə biləcəyini, Ukraynanın isə yeni liderə ehtiyacı olduğunu vurğulayıb.
Bizim.Media