Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirdi, bu səfərin, eyni zamanda, gündəlikdə duran ikitərəfli məsələlərin müzakirəsi üçün imkan yaratdığını dedi.
 

Özünün Vyetnama, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladan Prezident İlham Əliyev bu səfərlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını bir daha vurğuladı.


Azərbaycan Prezidenti ölkəmizin AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama minnətdarlığını ifadə etdi.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə təşəkkür edən qonaq ölkəmizə daha əvvəlki səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı.

Vitse-prezident Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin AQEM-ə uğurla sədrliyi və bu qurumun Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, ölkəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir.

Azərbaycanla Vyetnam arasında tarixi əlaqələri qeyd edən qonaq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələrimizin yeni səviyyəyə çatdırılmasında mühüm rol oynadığını bildirdi.
 

Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu zaman Vyetnama, həmçinin dövlətimizin başçısının bu ölkəyə səfərləri məmnunluqla xatırlandı, bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edildi.


Qonaq Vyetnamın azadlıq mübarizəsindən sonra bu ölkənin inkişafında, həmçinin energetika sektorunun bərpasında, kadr potensialının hazırlanmasında vaxtilə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyərək, bunun ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı tarixi ənənə və əsas yaratdığını qeyd etdi.

O, həmçinin sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırladı.

Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi, siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
 

Energetika sahəsində əməkdaşlığa toxunularaq, SOCAR ilə “PetroVyetnam” arasında Anlaşma Memorandumunun imzalandığı və bundan irəli gələrək tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.


Qonaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirdi, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırladı.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Murat Boz İstanbulda sel sularında köməksiz qaldı – Yardım istədi - VİDEO

Murat Boz İstanbulda sel sularında köməksiz qaldı – Yardım istədi - VİDEO

Zelenski Trampın müşavirlərini ittiham etdi - VİDEO

Zelenski Trampın müşavirlərini ittiham etdi - VİDEO

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

İstanbulda dərslər distant formada KEÇİRİLƏCƏK

İstanbulda dərslər distant formada KEÇİRİLƏCƏK

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Navai HƏBS EDİLDİ

Navai HƏBS EDİLDİ

Kənd yumurtası BAHALAŞDI

Kənd yumurtası BAHALAŞDI

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Prezident Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul etdi - FOTO

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Fərid Namazovdan sonra “İmişli”də QƏRAR

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FOTO

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Ukrayna ABŞ, NATO və SpaceX ilə danışıqlar aparır - Starlink məhdudiyyətlərinə görə

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - FOTO

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Almaniyadan 32 azərbaycanlı geri qaytarıldı

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Türkiyənin “Neo-Osmanlı” planları və Bakının QIRMIZI XƏTLƏRİ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

Üç BÜRC üçün fürsətlər dənizi

Üç BÜRC üçün fürsətlər dənizi

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO

End of content

No more pages to load

RADİO