"İmişli" klubunda baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək.
Xatırladaq ki, "İmişli" daha öncə baş məşqçisi Fərid Namazovla yollarını ayırıb.
Bizim.Media