2027-ci il iyulun 1-dən Qazaxıstana vizasız səfər etmək hüququ olan bir sıra ölkələrin vətəndaşları üçün elektron giriş icazəsi məcburi olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Tengri.news məlumat yayıb.
Məlumata görə, yeni tələb Avropa İttifaqı ölkələri, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, İran, Cənubi Koreya, Avstraliya, Yaponiya və Türkiyə də daxil olmaqla, Qazaxıstanla vizasız rejim haqqında razılaşmaları olan dövlətlərin vətəndaşlarına şamil ediləcək.
Elektron icazə 180 təqvim günü müddətinə veriləcək. Sistemin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək.
Qayda diplomatlara, 16 yaşdan kiçik uşaqlara, 65 yaşdan yuxarı əcnəbilərə, etibarlı Qazaxıstan vizası və ya yaşayış icazəsi olan şəxslərə, həmçinin beynəlxalq yük və sərnişin daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların sürücülərinə şamil edilməyəcək.
Bizim.Media