Sosial şəbəkədə adını çəkdi, 7000 manat cərimələndi

Tovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, sosial şəbəkələrdə yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tovuz Rayon Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, iddiaçı cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
 

İddia ərizəsində göstərilib ki, cavabdeh müxtəlif sosial şəbəkələrdə, o cümlədən "YouTube", "TikTok" və "Instagram" platformalarında yayımlanan videomateriallarda iddiaçının və onun ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib, onların şəxsi və ailə həyatına aid məsələləri ictimai müzakirəyə çıxarıb.

 

İddiaçı məlumatların təkzib edilməsini və cavabdehdən 100 000 manat mənəvi ziyanın tutulmasını tələb edib.

Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və videomaterialları araşdıraraq müəyyən edib ki, cavabdehin işlətdiyi ifadələr iddiaçının və onun ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıyıb, onların şərəf və ləyaqətini alçaldıb.

Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ vardır. Şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi müzakirə predmetinə çevrilə bilməz.

Hətta məlumatlar həqiqətə uyğun olsa belə, onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi hüquqa zidd ola bilər.

Vurğulanıb ki, uşaqların doğulma şəraitinə görə fərqləndirilməsi və onların mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsi yolverilməzdir. Belə davranış uşaqların hüquqlarına, psixoloji sağlamlığına və sosial rifahına mənfi təsir göstərə bilər.

Məhkəmənin mövqeyinə görə, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı onların ümumi konteksti, işlədildiyi şərait və konkret şəxsə ünvanlanıb-ünvanlanmadığı nəzərə alınmalıdır.

 

Şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir. Eyni zamanda, mübahisəli ifadələrin sosial şəbəkələrdə dəfələrlə təkrarlanması davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını göstərib.

 

Məhkəmə diqqətə çatdırıb ki, Konstitusiyanın 47-ci maddəsi ilə təmin edilən fikir və söz azadlığı mütləq hüquq deyil. Sosial şəbəkələrdə ifadə azadlığından istifadə digər şəxslərin şərəf, ləyaqət və şəxsi həyatına hörmət edilməsi öhdəliyini aradan qaldırmır. Real həyatda qüvvədə olan etik və hüquqi normalar rəqəmsal mühitdə də qorunmalıdır. Rəqəmsal mühitin imkanlarından etik qaydalara riayət edilmədən istifadə hüquq pozuntusuna gətirib çıxara bilər.

Həmçinin bildirilib ki, ictimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqidə məruz qala bilməsi onların şəxsi həyatı ictimaiyyətə açıq olmayan ailə üzvlərinin də eyni müdaxilələrə dözmək öhdəliyi daşıması demək deyil.

Mənəvi ziyanın məbləği müəyyən edilərkən hüquq pozuntusunun xarakteri, yayılma miqyası, vurulmuş mənəvi zərər, cavabdehin davranışı və maddi imkanlarına dair sübutlar nəzərə alınıb.

Məhkəmə vurğulayıb ki, mənəvi ziyana görə kompensasiya həm pozulmuş hüquqların müdafiəsinə, həm də gələcəkdə oxşar hüquq pozuntularının qarşısının alınmasına xidmət etməlidir.

Yekunda Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib.

Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.

Cavabdehdən iddiaçının xeyrinə 7 000 manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qət edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

Beynəlxalq səyyahlar Şuşada – FOTO

Beynəlxalq səyyahlar Şuşada – FOTO

Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

Sosial şəbəkədə adını çəkdi, 7000 manat cərimələndi

Sosial şəbəkədə adını çəkdi, 7000 manat cərimələndi

ABŞ-ın "dünya jandarmı" rolunu oynamağa gücü çatmır – EKSPERT

ABŞ-ın "dünya jandarmı" rolunu oynamağa gücü çatmır – EKSPERT

XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO

XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO

End of content

No more pages to load

RADİO