Ermənistan Milli Assambleyasının iclasında gərginlik yaşanıb.
Bizim.Media xəbər verir ki, iclas zamanı spiker Ruben Rubinyan çıxışının gündəlikdəki mövzuya uyğun olmadığını əsas gətirərək Edgar Kazaryanın mikrofonunu söndürüb.
Bundan sonra parlamentin iclas zalında deputatlar arasında qarşıdurma yaranıb və insident dəhlizdə davam edib.
İclasda iştirak edənlər əlbəyaxa davanın qarşısını almağa çalışıblar.
Hadisə zamanı bəzi deputatlar baş verənləri telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb.
Bizim.Media