Abşeron rayonunun Nübar qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.
Bildirilib ki, qəsəbə yollarında asfalt örtüyü olmadığı üçün yağışlı havalarda palçıq səbəbindən nə piyada, nə də nəqliyyat vasitəsi ilə küçədən istifadə etmək olur.
Əraziyə taksi və təcili tibbi yardım maşınlarının çağırılması da böyük problem yaradır.
"Taksi sifariş verirsən, yaxud təcili yardım çağırırsan, küçəyə girmirlər ki, palçıqdır. Çünki girəndə çıxmaq olmur. Şəxsi maşınlar da çala-çuxurlara düşməkdən sıradan çıxır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də heç bir tədbir görən yoxdur. Ən azından bu yola xırda daşlar da tökmürlər ki, hərəkət mümkün olsun", - deyə şikayətçi bildirib.


Bizim.Media