Türkiyə-Azərbaycan-İsrail ÜÇBUCAĞI – Antaliya görüşü öncəsi bu üç dövlət nə PLANLAŞDIRIB?

Bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başladı. Bu səfərin İsrail dövlət başçısının Ankaraya səfərindən sonra olması bir sıra məqamlardan xəbər verir.

Belə ki, artıq bir neçə ildir ki, Türkiyə ilə İsrail arasında Mərmərə böhranına görə soyuyan münasibətlərin istiləşməsi müşahidə olunur. Bir müddət bundan öncə isə İsrail qazını Türkiyəni keçməklə Yunanıstana çatdırılması layihəsi də baş tutmadı.

Burda əsas rol Türkiyənin olsa da İsrailə düşən payı da qeyd etmək lazımdır. Məhz belə bir zamanda ölkə başçısının Ankaraya səfəri məqsədyönlüdür. Çünki, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə dostluq münasibətləri və strateji əməkdaşlığı var. Hər iki dövlət II Qarabağ savaşı zamanı Azərbaycanı siyasi və hərbi cəhətdən dəstəklədi. Hər iki dövlətlə bu münasibətlərin hökm sürdüyü bir müstəvidə Azərbaycan da vasitəçi rolunda çıxış edə bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü başladı - FOTO


Eyni zamanda bu bölgədə yeni bir starteji üçlüyün yaranmasına da işarədir. Bu istiqamətdə artıq Azərbaycanın böyük təcrübəsi vardır. Təkcə region dövlətləri deyil, Pakistanın da işirak etdiyi belə üçlük əməkdaşlıq formatında Azərbaycan əsas tərəf rolunda çıxış edir.

Məhz bu cür əməkdaşlıq bir daha onu sübut etdi ki, müasir dünyada hərbi-siyasi və ya iqtisadi bloklara üzv olmadan da müstəqil xarici siyasət yeritmək və qarşıya qoyulan hədəflərə çatmaq olar. Azərbaycanın Türkiyə ilə olan hərbi-strateji müttəfiqliyi və əməkdaşlığı isə bölgədə sülhün qarantı olmaqla yanaşı Azərbaycanın söz, güc və təhlükəsizlik qarantı rolunda manevrlərini daha da genişləndirir.

Belə olan halda, İsrail dövləti də bu əməkdaşlığa öz töhfəsini verə bilər və yeni əməkdaşlıq platformasının uğurlu oyunçusu ola bilər. Həm İsrail, həm də Türkiyə yaxın Şərqdə aparıcı qüvvələr olmaqla baş verən hadisələrə nəzərəçarpacaq təsiretmə mexanizmlərinə malikdirlər. 

Bununla yanaşı, hər iki ölkə təhlükəsizlik kontekstində qarşılıqlı razılaşa biləcəkləri ortaq məqamlar mövcuddur. İndiki zamanda hər iki ölkə arasında siyasi müstəvidə münasibətlərin bərpa olunması və siyasi dialoqun yaranması həm region dövlətləri, həm də ümumilikdə yaxın Şərq üçün vacibdir.

Bu prizmada Azərbaycanın da bu proseslərdə iştirakı məqsədəuyğundur. Ən azından ona görə ki, Cənubi Qafqaz regionunda güc, söz və təhlükəsizlik qarantı rolunda çıxış edir ki, bu da özlüyündə Azərbaycana regiondan kənarda yerləşən dövlətlərlə münasibətləri çoxvektorlu siyasət əsasında qurmağa imkan verir.

Bu gün eləcə də Antalyada keçirilən “Diplomatik Forum” çərçivəsində bir sıra siyasi görüşlərin keçirilməsi də gözlənilir. Təbii ki, əsas diqqət Ukrayna-Rusiya münaqişəsi ətrafında cəmləşdiyi üçün bu ölkələrin XİN-nın görüşü daha çox gözləniləndir. İlk dəfədir ki, hər iki ölkənin bir nömrəli diplomatları münaqişə zamanı görüşürlər.

Bundan öncə isə ancaq nümayəndə heytələrinin iki görüşü baş tutmuşdur. Ehtimal etmək olar ki, bu görüş zamanı bölgədə sülhün əldə edilməsi istiqamətində hər iki tərəf fundamental dəyərləri və mühüm məqamları müzakirə edəcəklər.

Bunun üçün çöx gözəl bir fürsət yaranmışdır. Tədbirə ev sahibliyi edən Türkiyə isə bu istiqamətdə lazımı tədbirləri həyata keçirir. Hətta, iki ölkə başçısı arasında da görüşün keçirilməsi təklif olunub.

Son günlər tərəflərin bəyanatlarında daha çox danışıq, sülh və anlaşma kimi terminlərin işlədilməsi onu deməyə əsas verir ki, Türkiyənin bu istiqamətdəki səylər çox güman ki, öz bəhrəsini verə bilər.

Ən azından ona görə ki, Türkiyə həm regional həm də bölgə üzrə aparıcı aktordur. Həm Rusiya, həm də Ukrayna Türkiyə vasitəçilini qəbul ediblər.

Dünən isə Ukrayna prezidentinin xanımı tərəfindən dünyanın aparıcı KİV-nə sülhəçağırışla bağlı müraciət etməsi də bundan xəbər verir. Ukrayna tərəfi dəfələrlə münaqişənin dayandırılmasını və danışıqların aparılmasın hazır olduğunu bildirmişdir.

Bu günə qədər tərəflər arasında iki görüş keçirilmiş, üçüncü görüşə isə hazırlıq işləri aparılır. 

Forumda ən çox gözlənilən görüşlərdən biri də Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin və eləcə də XİN-nin görüşüdür. Moskva, Vyana görüşlərindən sonra diplomatik forumda belə bir görüşün baş tutması tərəflər arasında qarşılqlı etimadın yaranmasına xidmət edir.

Təbii ki, bütün bu addımlar Azərbaycanın milli maraqlarına və regionda yaranmış yeni siyasi reallığa uyğun həyata keçirilir. Bunu dəfələrlə Türkiyə tərəfi rəsmi qaydada bəyan etmişdir.

Türkiyə ilə münasibətlərin normal qaydaya salınması ilk öncə Ermənistan dövlətinə və erməni cəmiyyətinə lazımdır. İqtisadi, siyasi və sosial problemlərlə üz-üzə qalan Ermənistan dövlətinin qonşuları ilə xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətlərini konstruktiv müstəvidə qurması yaranmış vəziyyətdən çıxış yolu ola bilər.

Bir neçə gün bundan qabaq Ermənistanın beşinci prezidenti seçilən Vahan Xaçaturyan da bu məqamlara toxunmuş və qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırlmasını və sülh şəraitində yaşamağı xüsusi ilə vurğulamışdır.

Beləliklə, bu gün bölgədə yeni əməkdaşlığın və sülhün bərqərar olması istiqamətində ilkin cəhdlərin həyata keçirilməsinin şahidi ola bilərik. Bu proseslərdə Azərbaycan həm coğrafi, həm diplomatik, həm də siyasi cəhətdən qalib mövqedədir. Məhz bu mövqe yeni dünya nizamının getdiyi bir zamanda Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən uğurlu formul hesab oluna bilər.

Amid Əliyev, Politoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Çempionlar Liqasında daha bir yarımfinal: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək

Çempionlar Liqasında daha bir yarımfinal: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək

İranı o idarə edir, Xamenei isə… – KİV

İranı o idarə edir, Xamenei isə… – KİV

Yağışa görə bu yolda sürət həddi endirildi

Yağışa görə bu yolda sürət həddi endirildi

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Tramp Britaniya Kralı ilə qohum imiş...

Tramp Britaniya Kralı ilə qohum imiş...

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Trampa "qızıl heykəl" qoyuldu

Trampa "qızıl heykəl" qoyuldu

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

End of content

No more pages to load

RADİO