Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunda zəhərlənmə olub. Bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.
Belə ki, Biləsuvar rayonunda əsgər yolasalma qonaqlığında iştirak edən ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər. Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.
Bizim.Media xəbər verir ki, xəstəxanaya yerləşdirilən sakinlərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 29-da saat 23:00-da zəhərlənmə şübhəsi ilə 10 nəfər (beş kişi, beş qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib. (Oxu.az)
Bizim.Media