Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

“Qafqaz Albaniyası irsi ətrafında müzakirələr yalnız tarixi deyil, həm də dövlətçilik və siyasi kontekst daşıyır”.

Bizim.Media 1news.az-a istinadən xəbər verir ki, bunu BMTMM İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin irsi Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz hissəsidir.

“Bizim apardığımız araşdırmalardan belə nəticə çıxır ki, indiki Azərbaycan ərazisində tarixən 30-a yaxın dövlət mövcud olub. Biz bütün bu dövlətlərin irsini qorumalı və onların varisi olduğumuzu nəzərə almalıyıq. Dünyada çox az ərazi var ki, bu qədər qədim və zəngin dövlətçilik ənənəsinə malik olsun”, - deyə F.Məmmədov qeyd edib.
 

O vurğulayıb ki, Ermənistanın məhz Qafqaz Albaniyasının irsinə iddia etməsi xüsusi diqqət çəkir.


“Bu 30-a yaxın dövlətdən niyə məhz Qafqaz Albaniyasına iddia edilir? Digər dövlətlərin irsi ilə bağlı belə iddialar yoxdur. Hesab edirəm ki, burada dini amil də mühüm rol oynayır. Belə bir yanaşma formalaşdırılmağa çalışılır ki, əgər VII əsrdən sonra bu ərazilərə İslam dini gəlibsə, deməli, xristian irsini inhisara almaq mümkündür”, - deyə o bildirib.

O qeyd edib ki, Qafqaz Albaniyası irsi ətrafındakı müzakirələr Azərbaycan tarixşünaslığında da uzun müddətdir mövcuddur.

“XX əsrin ortalarında da bu istiqamətdə ciddi müzakirələr aparılıb. Mən arxivlərdə işləyərkən Qarabağla bağlı iddiaların qaldırıldığı dövrdə İqrar Əliyevin həmin məsələyə dair hazırladığı geniş tarixi arayışla rastlaşmışam. Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun nəşrlərinə cavab olaraq Azərbaycan tarixçilərinin də araşdırmaları və mövqeləri olub. Yəni bu mövzu yeni deyil, əvvəldən mövcud olub və bundan sonra da gündəmdə olacaq”, - deyə o bildirib.

F.Məmmədov qeyd edib ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra bu istiqamətdə elmi araşdırmaların daha da gücləndirilməsi vacibdir.
 

“İşğal dövründə bizim əlimiz müəyyən mənada zəif idi. Artıq ərazilərimiz azad olunub. Bundan sonra da bu araşdırmaların sayı artmalı, elmi əsaslandırmanın və sözümüzün kəsərinin daha da güclənməsi təmin edilməlidir”, - deyə BMTMM rəsmisi bildirib.


O, Qafqaz Albaniyası irsi ilə bağlı məsələnin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Burada çox maraqlı bir fenomen ortaya çıxır. İslam dininə mənsub dövlətin xristian irsinin qorunması məsələsi ilə çıxış etməsi, onu öz irsi kimi qəbul etməsi və müdafiə etməsi mühüm məqamdır. Biz bu irsi öz tariximizin bir hissəsi kimi qəbul edir və qoruyuruq”, - F.Məmmədov deyib.

Onun sözlərinə görə, XIX əsrdən etibarən bölgədə dini irslə bağlı proseslər siyasi məqsədlər kontekstində də istifadə olunub.

F.Məmmədov bildirib ki, hazırkı mərhələdə sülh prosesinin fonunda tarixi və dini irslə bağlı müzakirələrə xüsusi diqqət yetirilməlidir.

“Dövlətlərarası səviyyədə sülh prosesinin getdiyi bir vaxtda xalq diplomatiyası səviyyəsində dialoqa ən böyük zərbə məhz bu cür məsələlərdən gəlir. Bizim üçün bu müzakirələr artıq keçmiş mərhələdə qalmayıb və bunu revanşizmin formalarından biri kimi qiymətləndirmək mümkündür”, - deyə o qeyd edib.
 

O vurğulayıb ki, əvvəl ərazi iddiaları, daha sonra hüquqi müstəvidə müəyyən yanaşmalar ortaya qoyulubsa, hazırda dini irsdən də bu məqsədlə istifadə cəhdləri müşahidə olunur.


“Bu irsin aktuallaşdırılması və gələcəkdə tarixi ədalət anlayışından istifadə etməklə yenidən ərazi iddialarının ortaya qoyulması cəhdi mümkündür. Bu baxımdan məsələyə diqqətlə yanaşmaq lazımdır”, - F.Məmmədov bildirib.

F.Məmmədov Erməni Kilsəsinin roluna da toxunub.

“Ermənistan kilsəsi Ermənistan cəmiyyətində revanşist mövqelərin institusional ifadə olunduğu əsas strukturlardan biridir. Siyasi partiyaların və müxtəlif ictimai-siyasi qurumların mövqeyi siyasi konyunkturadan, təzyiq və ya digər amillərdən asılı olaraq dəyişə bilər. Lakin Ermənistan kilsəsinin son illərdə qəbul etdiyi sənədlər və qərarlar bu məsələdə mövqeyin dəyişmədiyini göstərir”, - deyə o bildirib.
 

BMTMM rəsmisi Azərbaycan tarixşünaslığının bu istiqamətdə daha fəal olması vacibliyini vurğulayıb.


“Biz bu istiqamətdə işlərimizi gücləndirməliyik. Mərhum tarixçimiz Eldar İsmayılovun belə bir fikri var idi ki, ermənilər hər şeyin onlara aid olduğunu, biz isə onun bizə aid olduğunu sübut etməyə çalışırıq. Azərbaycan öz tarixinə, ermənilər isə tarixçilərinə güvənirlər. Ona görə də bu müzakirələri ilk növbədə elmi səviyyədə aparmalı və məsələnin siyasi müstəviyə daşınmasına imkan verməməliyik”, - F.Məmmədov deyib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Ürək üçün ən faydalı üç qida

Ürək üçün ən faydalı üç qida

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Bakıda iki bağça fəaliyyətə başladı – FOTO

Bakıda iki bağça fəaliyyətə başladı – FOTO

iPhone 18 Pro-nun kamerası dünyada 2-cidir: Bəs 1-ci yerdə hansı smartfondur? - FOTO

iPhone 18 Pro-nun kamerası dünyada 2-cidir: Bəs 1-ci yerdə hansı smartfondur? - FOTO

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO/VİDEO

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO/VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

End of content

No more pages to load

RADİO