Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb.

Bizim.Media xəbər verir ki, bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib.
 

Görüşün yekununda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.


Görüşdə VŞQ-nin  təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu, TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tərəflərin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Qarabağda təhsil mühitinin inkişaf etdirilməsi, eləcə də Qarabağ Universitetinin inkişafına dəstək istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu təhsilə dəstəyin Şirkətlər Qrupunun strateji prioritetlərindən biri olduğunu bildirib:

“Bu gün Azərbaycanın aparıcı təhsil müəssisələri ilə geniş əməkdaşlığımız mövcuddur. Ötən il Qarabağ Universitetinin təqaüd proqramına qoşulmuşuq və bu il də iştirakımızı davam etdirəcəyik. Bundan sonra da təhsilin inkişafına yaxından töhfə vermək əsas prioritetlərimizdən biri olacaq. Bu istiqamət Veysəloğlu Şirkətlər Qrupunun strategiyasının mühüm tərkib hissəsidir. Keyfiyyətli təhsilin inkişafı bütövlükdə ölkənin insan kapitalının güclənməsinə xidmət etməklə yanaşı, şirkətlərin peşəkar kadr potensialının formalaşması və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır”.

TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında Qarabağın dayanıqlı inkişafında təhsilin mühüm rolunu vurğulayıb. O qeyd edib ki, dövlət, özəl sektor və ictimai institutların birgə fəaliyyəti regionda təhsil imkanlarının genişləndirilməsinə və insan kapitalının inkişafına mühüm töhfə verə bilər.
 

QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində təhsilin xüsusi yer tutduğunu diqqətə çatdırıb.


R.Hacıyev qeyd edib ki, regionda insan kapitalının formalaşdırılması və gənclərin təhsil imkanlarının artırılması bölgənin hərtərəfli bərpasına xidmət edir. O, bu istiqamətdə həyata keçirilən layihələrə dəstək göstərilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişafında tərəfdaşlığın əhəmiyyətini qeyd edib. O, göstərilən dəstəyin universitetdə müasir təhsil mühitinin formalaşdırılmasına və tələbələr üçün yeni imkanların yaradılmasına töhfə verəcəyini vurğulayıb.

İmzalanan tərəfdaşlıq müqaviləsi çərçivəsində göstəriləcək dəstək Qarabağ Universitetinin inkişafına, tələbələr üçün daha əlverişli imkanların yaradılmasına və universitetin təhsil potensialının gücləndirilməsinə töhfə verəcək.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Ürək üçün ən faydalı üç qida

Ürək üçün ən faydalı üç qida

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Bakıda iki bağça fəaliyyətə başladı – FOTO

Bakıda iki bağça fəaliyyətə başladı – FOTO

iPhone 18 Pro-nun kamerası dünyada 2-cidir: Bəs 1-ci yerdə hansı smartfondur? - FOTO

iPhone 18 Pro-nun kamerası dünyada 2-cidir: Bəs 1-ci yerdə hansı smartfondur? - FOTO

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO/VİDEO

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO/VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

End of content

No more pages to load

RADİO