Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Son zamanlarda “enerji təmizləmə”, “aura”, “neqativ enerji” kimi anlayışlar leksikonumuzdan əskik olmur. Xüsusilə də sosial platformalarda istər yerli, istərsə də qonşu ölkələrdən olan ekstrasenslər gündəlik olaraq müxtəlif rituallar paylaşır, enerji təmizlənməsinin vacibliyini dönə-dönə vurğulayırlar.

Neqativ enerji nədir, onu fizikada elmi olaraq təsdiqlənmiş bir enerji növü kimi qəbul etmək olarmı?

Mütəxəssislər bildirirlər ki, bunun fizikadan çox psixologiya ilə daha çox bağlılığı var. Yəni fiziki enerjini sözügedən enerji ilə eyniləşdirmək olmaz. Çünki fizikada enerji real və ölçülə bilən anlayışdır. Amma “neqativ enerji” fizikanın müəyyən etdiyi enerji növlərindən deyil. Sadəcə bir nüans var: bu daha çox ifadənin özü ilə bağlıdır. Mənfi və neqativ sözləri bir-birinin sinonimi hesab olunsa da bu anlayışda bir-birinə ziddir.
 

“Mənfi enerji” termini bəzi fiziki sistemlərdə potensial enerjinin axınıdır və o, ölçüləndir. Məsələn, elektrik yükü — müsbət və ya mənfi ola bilər. Elektronun mənfi, protonun müsbət yükü var. Yüklər elektrik sahəsi yaradır və ölçülə bilirlər.


“Neqativ enerji” isə daha çox psixoloji anlayışdır. Belə ki, bu enerjinin hansı hansı cihazla ölçüldüyü, hansı vahidlə ifadə edildiyi və hansı fiziki qanuna tabe olduğu məlum deyil. Fizika bunu qətiyyən rədd etmir, çünki elmə məlum olmayan, daha sonralar kəşf edilən məsələlər daim olub. Sadəcə, hazırki fizika elmi bunu təsdiqləmir.

Bəs insanın konkret bir məkana girəndə orada mənfi enerji hiss etməsinin əsasları varmı?

Burada çox maraqlı məqam var: hiss real ola bilər, amma onun izahı düşünüldüyü kimi fövqəltəbii deyil. Deyək ki, insan müəyyən evə daxil olur və orada özünü narahat hiss edir. Bunun arxasında evin işıqlandırması, temperatur, hava keyfiyyəti, konkret olaraq karbon artıqlığı, qoxular, məkanın görünüşü insanı ya qıcıqlandıra, ya da keçmişdəki hansısa neqativ duyğu ilə bağlı yaddaşı oyada bilər. Əlbəttə ki, insan burada özünü gərgin hiss edib dərhal məkanı tərk etmək istəyəcək. Bu vəziyyət daha çox psixoloji hal kimi qiymətləndirilir.

5000 illik tarixi olan Fenk Şui nəzəriyyəsi isə bunu özünəməxsus izah edir.

Fenk Şui təlimçisi Ruslan Xanıyev Bizim.Media-ya bunu belə izah edib ki, sözügedən nəzəriyyə yaşayış məkanlarında enerji axınını tarazlaşdırmaqla sağlamlıq və bolluğu təmin etməyi hədəfləyən bir harmoniya fəlsəfəsidir. Əsas prinsipləri: Çi (Həyat enerjisi) – məkanda sərbəst şəkildə dövr etməli olan enerji axınıdır.  Həmçinin İn və Yan – kainatda bir-birinə zidd, lakin bir-birini tamamlayan qaranlıq və işığın tarazlığıdır.
 

“Bunun üçün evin dekoru, rəngləri, yerləşməsi mütləq bir-birini tamamlamalıdır. Hətta mebellərdəki, dəmir, taxta, parça hissəsində uyğunluq olmalıdır ki, mütənasiblik yaransın. Mebel yerləşdirərkən, enerji axını əngəllənməsin deyə keçid yolları açıq saxlanmalıdır. Otaqlarda əşyalar kompas istiqamətlərinə uyğun şəkildə yerləşdirilməlidir”.


İstənilən halda hər hansı neqativ toplanmış enerjinin təmizlənməsi ekstrasenslərin ritualları ilə mümkündürmü?  

Mütəxəssisin fikrincə bu, sadəcə psixoloji rahatlıq və qarşı tərəfin bundan qazanc götürməsindən başqa bir çey deyil:

“İnsan ritualdan sonra psixoloji olaraq özünü köklədiyi üçün daha güvənli hiss edə bilər. Ritual zamanı şamla işıqlandırma, təmizlik, xoş qoxu, musiqi, dua insanda psixoloji rahatlıq yaradır.

Əgər kimsə evinizdə ağırlıq var, mənəvi rahatlıq üçün ritual keçirə bilərəm deyirsə, bu sadəcə təklifdir və inanca bağlıdır. Bunu qətiyyətlə deyib, “neqativ enerji təmizlənməsə ailənizə bədbəxtlik gətirəcək”, deyir və buna görə qiymət oxuyursa, artıq konkret qorxu yaratmaq və kommersiya məqsədilə faydalanmaqdır ki bunu da aidiyyatı orqanlara müraciət edərək hüquqi yolla həll etmək olar”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Ürək üçün ən faydalı üç qida

Ürək üçün ən faydalı üç qida

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Bakıda iki bağça fəaliyyətə başladı – FOTO

Bakıda iki bağça fəaliyyətə başladı – FOTO

iPhone 18 Pro-nun kamerası dünyada 2-cidir: Bəs 1-ci yerdə hansı smartfondur? - FOTO

iPhone 18 Pro-nun kamerası dünyada 2-cidir: Bəs 1-ci yerdə hansı smartfondur? - FOTO

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Azərbaycanlıların farsdandönmə xalq olduğunu kimlər iddia edirdilər? - Tarixçi AÇIQLADI

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO/VİDEO

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO/VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Sosial şəbəkələrin məşhur “neqativ enerji təmizləməsi” – İnanc yoxsa gəlir mənbəyi?

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəldi - FOTO/VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər – FOTO

End of content

No more pages to load

RADİO