Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalandı - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Qazaxıstanda səfərdədir.

Bizim.Media xəbər verir ki, səfərin məqsədi Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı, ölkəmizin sağlamlıq turizmi imkanlarının təbliği, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsidir.

Səfər çərçivəsində Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycan-Qazaxıstan əlaqələrinin dövlət başçıları  - cənab İlham Əliyev və cənab Kasım-Jomart Tokayevin siyasi iradəsi və birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsində dinamik inkişaf etdiyini vurğulayıb, dostluq və qardaşlığa əsaslanan münasibətlərin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.
 

Eyni zamanda dövlətimiz tərəfindən ictimai təsisatların səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şərait vurğulanıb, ölkəmizdə həmkarlar ittifaqları sisteminin modernləşdirilməsi, əmək hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, eləcə də rəqəmsal imkanların artırılması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.

 

Görüşdə AHİK-in həmkarlar ittifaqları üzvlərinə təqdim etdiyi elektron xidmətlər, e-ahik Elektron Rezervasiya platforması, rəqəmsallaşmanın sürətləndirilməsi prosesində süni intellektin tətbiqi ilə bağlı təqdimatlar keçirilib, sağlamlıq və istirahət mərkəzlərində şəraitin yaxşılaşdırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən bəhs olunub.

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib, iki dost ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişafının, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Tərəflər həmkarlar ittifaqları arasında təhsil, sağlamlıq turizmi və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıblar.

 

Görüşün sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası arasında imzalanmış Əməkdaşlıq Sazişinin icrasına dair “2026-2028-ci illər üçün Yol xəritəsi” imzalanıb.

Sənəd özündə iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişafı istiqamətlərini, birgə layihə və təşəbbüslərin həyata keçirilməsini ehtiva edir.

Səfər çərçivəsində AHİK nümayəndələri həmçinin “Qazaxıstan Dəmir Yolu, Avtomobil, Hava və Su Nəqliyyatı İşçilərinin Sahə Peşəkar Həmkarlar İttifaqı” İctimai Birliyinin və ilk həmkarlar ittifaqlarının rəhbərləri ilə də görüşüb, “Қазақстан Теміржолшысы” qəzetinin fəaliyyəti ilə tanış olublar.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

End of content

No more pages to load

RADİO