Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.

Bu barədə Bizim.Media-ya Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən xəbər verilib.
 

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi avqustun 23-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.


MSK təmsilçilərinin səsvermə gününədək ümumi hazırlıq prosesi və seçki komissiyalarının fəaliyyəti ilə tanış olması, habelə seçki günü paytaxt Astana şəhərində yerləşən məntəqələrdə səsvermə prosedurlarını müşahidə etməsi nəzərdə tutulur.

Nümayəndə heyəti avqustun 22-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının iclasında da iştirak edəcək.

İclas zamanı seçki administrasiyaları arasında davamlı dialoq və əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, seçki idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, institusional əlaqələrin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin Qazaxıstanlı həmkarı ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanlarının və seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların rəhbərləri, həmçinin digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır.
 

Görüşlərdə qurumlararası əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələr üzrə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.


Qeyd etmək lazımdır ki, MSK-nın təmsilçiləri Qazaxıstan Respublikasında keçirilən növbədənkənar parlament seçkilərini Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası, ATƏT/DTİHB və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidə missiyalarının tərkibində də izləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

End of content

No more pages to load

RADİO