Azərbaycanın Qazaxıstana təyin edilmiş yeni fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanla yanaşı, daha səkkiz ölkənin səfiri etimadnamələrini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.
Mərasim Astanadakı Müstəqillik Sarayında baş tutub.
Bizim.Media